525.Az

TQDK qəbul imtahanı ilə bağlı Appelyasiya komissiyası yaradıb


 

TQDK qəbul imtahanı ilə bağlı Appelyasiya komissiyası yaradıb<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı Appelyasiya komissiyası yaradıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə,  Appelyasiya komissiyası bu gün ərzində fəaliyyət göstərəcək.
 
Appelyasiya komissiyasına müraciət etmək istəyənlər iyul ayının 14-də saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.

 





14.07.2014    çap et  çap et