525.Az

Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb


 

Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb<b style="color:red"></b> Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
 
 Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər iyulun 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə məlumatı daxil olduqları orta ixtisas təhsili müəssisəsindən əldə etməlidirlər.
 
TQDK-dan o da bildirilib ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
 





14.07.2014    çap et  çap et