525.Az

Anar Məmmədov: "Aləm gözəl" mahnısının müəllifi mənəm" (VİDEO)


 

Anar Məmmədov: "Aləm gözəl" mahnısının müəllifi mənəm"<b style="color:red"> (VİDEO)</b>

Nəqliyyat nazirinin oğlu, tanınmış iş adamı Anar Məmmədov "Aləm gözəl" mahnısının müəllifinin kim olması ilə bağlı mübahisələrə aydınlıq gətirib. 

525.az-ın məlumatına görə, Anar Məmmədovun "Facebook" səhifəsində yayılan açıqlamasında deyilir: "Son zamanlar mətbuatda “Aləm Gözəl” mahnısı ətrafında yaranmış müzakirələr ilə əlaqədar olaraq, mövqeyimi açıqlamaq istəyirəm. Qeyd olunan mahnının müəllifi mənəm".

Qeyd edək ki, mahnının müəllifinin Anar Məmmədov olduğunu müğənni Abbas Baığrov açıqlamışdı. Mahnının digər ifaçısı - xalq artisti Brilliant Dadaşova isə əsərin ideya müəllifinin özü olduğunu bildirib.


 





31.10.2012    çap et  çap et