525.Az

Ümummilli Liderin nəzərində İlyas Əfəndiyev yaradıcılığı


 

Ümummilli Liderin nəzərində İlyas Əfəndiyev yaradıcılığı<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

İlyas Əfəndiyevin "Hökmdar qızı" əsəri XIX əsrin əvəllərində Qarabağda hökmdarlıq etmiş İbrahim xanın həyat fəaliyyətinə, Azərbaycanın müstəqilliyi bütövlüyü uğrundakı mübarizəsinə həsr edilmişdir. İbrahim xan yalnız öz xanlığının taleyini düşünmür, bütün Azərbaycanı düşünür. İki güclü dövlətin - İran Rusiyanın təzyiqi şəraitində İbrahim xan çıxış yolu axtarır. Fəqət bu yolu tapmaq mümkün deyildir. Qəhrəmanın tragizmi bundadır bu, dramda çox real təsirli göstərilmişdir.

1997-ci il sentyabrın 20-  Ulu Öndər Türk dünyasının böyük alimi, professor İhsan Doğramacı ilə birlikdə Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar qızı" pyesinin tamaşasına baxmış tamaşadan sonra İlyas Əfəndiyev dramaturgiyasını təhlil edərək dəyərli fikirlər söyləmişdir: "...İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir ona görə əhəmiyyətlidir ki,  o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini, ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm öz əsərlərində  müasir həyatımızın  müsbət mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir,  eyni zamanda yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, vətənə millətə  sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki,  xalqımız bu əsərlərdən çox bəhrələnmişdir. Ona görə , mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə  xatırlayıram. Hesab edirəm ki,  o xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə  yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin xatirəsini əbədiləşdirmək üçün qərarlar da qəbul edəcəyik, şəxsən mən edəcəyəm, çünki o, buna layiqdir. Belə əsərlərlə o, onsuz da, özünü xalqın qəlbində yaşadacaqdır". Dahi Öndər faciənin həsr olunduğu mövzunu aktual hesab edərək əsərə yüksək qiymət vermiş, onu həyatımız üçün çox dəyərli lazımlı əsər kimi qiymətləndirmişdir. "Bu əsərlə İlyas Əfəndiyev yeni bir xidmət edibdir, bizim tariximizin o dövrünü açıb xalqımıza göstəribdir". Əsərin bir aktuallığını da onda görürdu ki, "xalqımızda vətənpərvərlik yaradır, müstəqillik, milli azadlıq hissiyyatlarını beyinlərə həkk etdirir, xalqımızı gəncləri bu istiqamətdə tərbiyələndirir". "Mədəni həyatımızda çox əlamətdar hadisədir" - deyərək əsərin geniş təbliğ olunmasını, gənclərimizin, məktəblilərin, tələbələrin tamaşaya baxmalarını məsləhət bilirdi.

1996- ilin oktyabrın 4- respublikamızın ictimaiyyəti unudulmaz sənətkarımız İlyas Əfəndiyevi son mənzilə yola saldı. Ümummilli Liderimiz Xalq yazıçsı İlyas Əfəndiyev ilə vida mərasimində iştirak etmək üçün Şəhriyar adına Mədəniyyət Mərkəzinə gəldi mərhumun övladlarına dərin hüznlə başsağlığı verdi.

Ümummilli Lider unudulmaz ədibimiz, Xalq yazıçısı İlyas Əfəndiyevin layiq görüldüyü "Şöhrət" ordenini oğlu, Xalq yazıçısı  Elçinə təqdim edərkən demişdir: "Heyf ki,  mən bu ordeni  İlyas Əfəndiyevin özünə təqdim edə bilmədim, çox təəssüf edirəm. Çünki o vaxt sadəcə, bizim bu nişanlarımız hazır deyildi. Ancaq eyni zamanda, mən məmnunam ki,  Elçin, sən - oğlu, onun yaradıcılığını davam etdirirsən. Həm oğul kimi, həm Azərbaycanın mədəniyyət xadimi kimi,  sənin İlyas Əfəndiyevə məxsus olan ordeni almağa tam  hüququn var".

Ümummilli Lider xalq yazıçısının xatirəsinin əbədiləşdirilməsi haqqında 9 mart 2001-ci ildə xüsusi Sərəncam imzaladı. Həmin Sərəncamda  paytaxtımızdakı küçələrdən birinə İlyas Əfəndiyevin adının verilməsi, yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 19)  xatirə lövhəsinin vurulması, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələri üçün İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi, orta məktəblərdən birinə onun adının verilməsi, əsərlərindən ibarət oncildliyin nəşr edilməsi "Hökmdar qızı" əsəri əsasında iki seriyalı bədii filmin çəkilməsi qeyd edilirdi. Ümummilli Liderin Sərəncamında göstərilən bütün məsələlər artıq həll edilmişdir. Bütün bunlar görkəmli dövlət xadiminin ədəbiyyatımızın teatrımızın inkişafında tarixi xidmətləri olan xalqımızın yaddaşına əbədi həkk olunmuş unudulmaz sənətkarımız İlyas Əfəndiyev şəxsiyyətinə sənətinə verilən ən yüksək dəyərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər bir sahədə olduğu kimi mədəniyyət, elm, təhsil incəsənət sahəsində Heydər Əliyev siyasi kursunu uğurla davam inkişaf etdirir. Ölkə başçısının qayğısı sayəsində elm, təhsil mədəniyyətin ayrı - ayrı problemlərinə həsr olunmuş çoxsaylı proqramları hazırlanıb təsdiq olunmuşdur. Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xalq yazıçısı İlyas Əfəndiyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunmuş, əsərlərinin üç cildliyi nəşr olunmuşdur.

16 yanvar 2014- ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, "İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur".

Yaxşı olar ki, Füzuli rayonunda fəaliyyət göstərən teatra, orta məktəblərdən birinə xalq yazıçısının adı verilsin görkəmli sənətkarımızın rayonda əbədi abidəsi qoyulsun.

İlyas Əfəndiyev bütün zamanlarda oxunan sevilən sənətkardır. O, Sovetlər İttifaqı dönəmində gündə bir havaya oynayan, yalnız hakim ideologiyanın sifarişi ilə "əsərlər" yazan "yazıçıları" özünəməxsus ustalıqla tənqid edirdi. Ustad sənətkar Azərbaycanın gələcəyinə böyük ümidlər bəsləyirdi: "...Mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Çünki Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir. Bu gün millətin vətənpərvərlik duyğusunun yeni təlatümünün coşub-kükrəyən dövrüdür". Öz əsərlərində xalqımızın milli azadlıq mübarizəsini, müstəqilliyini, istiqlaliyyətini tərənnüm edən bu yolda inadından dönməyən, xalqın məhəbbətini qazanan əbədiyaşar sənətkarımız müstəqil Azərbaycanın "Şöhrət" ordenini alan ilk yazıçımız oldu. 82 illik mənalı ömrünün 60 ilini yaradıcılığa həsr etmiş bilgə sənətkarın həmişə müasir əsərləri fəlsəfi-estetik təravətini məna çalarını saxlamaqla  bizi milli-mənəvi birliyə səsləyir. Həmişəyaşar sənət dünyamızın parlaq siması, unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcılığında azadlığımızı, milli suverenliyimizi istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın doğulduğu Füzuli şəhərinin erməni faşistləri tərəfindən işğalı ona böyük dərd oldu. özüylə birlikdə Qarabağ nisgili apardı. Müsahibələrinin birində dramaturq yazırdı: "Füzuli şəhəri, Füzuli rayonu bir tərəfdən sovet imperiyasının zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən erməni işğalçılarının. Deməli, Füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir".

Bu bir həqiqətdir ki, çox yazan deyil, istedadlı gözəl yazan əbədi yaşayır. İlyas Əfəndiyev həmişə müasir olan ədəbi simalardandır. O, həm gələcəyin yazıçısıdır. Ədəbiyyatımızın qüdrətli ustadı, unudulmaz sənətkarımız 100 yaşlı İlyas Əfəndiyevin çoxmilyonlu oxucularının tamaşaçılarının qəlbində daima bir nida səslənəcək: "Sən həmişə bizimləsən!"

Vəfa XANOĞLAN

 





15.07.2014    çap et  çap et