525.Az

Qızlarını boğaraq öldürən atanın cəzası artırılmadı


 

Qızlarını boğaraq öldürən atanın cəzası artırılmadı<b style="color:red"></b>

Şirvan Apellyasiya Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirləndirilən Lerik rayon sakini Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə məhkəmə hökmündən Baş Prokurorluğun verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin olunmayıb.

Qeyd edək ki, Lerik rayonunun Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Süleymanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Azər Abbasov isə hökmdən apellyasiya protesti verərək, onun ömürlük olaraq azadlıqdan məhrum edilməsini istəyib.

 





01.11.2012    çap et  çap et