525.Az

“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanın təqdimatı olub


 

“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanın təqdimatı olub<b style="color:red"></b> “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə fəlsəfə doktoru, zərdabişünas alim Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib.
 
Ə.Amaşov qeyd edib ki, H.Zərdabinin Azərbaycan ictimai-siyasi və mədəni həyatında xidmətləri əvəzsizdir: “Zərdabi kimi şəxsiyyətlər hər bir xalqa hörmət və şöhrət gətirir, mənsub olduğu milləti dünyada tanıdır. Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi kimi şəxsiyyətlər Azərbaycan xalqının bir xalq kimi inkişafında böyük rol oynayan insanlardır. Eyni zamanda Azərbaycan siyasi məfkurəsinin inkişafında Həsən bəy Zərdabinin çox böyük rolu var. O, “Əkinçi” qəzetini yaratmaqla Azərbaycanda xalqın mənliyi, özünüdərki ilə bağlı məsələlərdə mühüm rol oynayıb”.
 
“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva isə deyib ki, kitab müəllifin çoxillik tədqiqatı, arxiv işləri əsasında ərsəyə gəlib. Onun sözlərinə görə, zaman keçsə də, H.Zərdabi kimi şəxsiyyətlərin irsinə münasibət dəyişmir.






































































































 





15.07.2014    çap et  çap et