525.Az

Bakıda avtomobillərin parklanma qiyməti açıqlandı


 

Bakıda avtomobillərin parklanma qiyməti açıqlandı<b style="color:red"></b>

“Bakıda quraşdırılan “Park-manat”ların sayı 178-ə çatıb”

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev deyib.
 
Onun sözlərinə görə, müvəqqəti dayanacaqlarda “Park-manat”lar vasitəsilə ödənişlər əsasən 3 zona üzrə müəyyənləşib və burada qiymətlər zonalar üzrə dəyişir: “1-ci zonada müvəqqəti dayanacaqdan istifadə müddətinin saatı 1 manat, 2-ci zonada 50 qəpik, 3-cü zona üzrə isə 30 qəpik təşkil edir. Avtomobillərin hərəkətindən asılı olaraq bəzi küçələrdə bu qiymət 20 qəpik müəyyənləşib. Yəni təxminən “İçərişəhər”, Nizami küçəsi mərkəz sayıldığından, orda qiymətlər 1 manat olacaq. Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı, “Yasamal”, “Gənclik” 2-ci zonaya aiddir. Qalan ərazilər isə mərkəzdən kənar olduğundan, 3-cü zona sayılır”.
 
H.Abdullayev onu da əlavə edib ki, şəhər mərkəzində bir “Park-manat” ərazisində müvəqqəti dayanacaqdan istifadə limiti 4 saatdır: “Bəzi ərazilərdə isə limitsiz olacaq”.

 





15.07.2014    çap et  çap et