525.Az

Bakıda “Gənclər Festivalı”


 

Bakıda “Gənclər Festivalı”<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyi gənclər üçün “Gənclər Festivalı” təşkil edir.

Nazirliyin mətbuat xidmətindən 525.az verilən məlumata görə, festivala fotosərgi, debatlar turniri, velosiped yürüşü və ekoparti daxildir. Fotosərgidə “Planetdə sənin qoyduğun iz” adı altında respublikanın rayon və şəhərlərində insan fəaliyyətinin ekologiyaya təsiri fotolarda təsvir olunacaq.

Belə ki, fotosərgi sabah Bakı İdman Sarayında xüsusi hazırlanmış çadırlarda təşkil olunacaq. Qeyd edək ki, “Yer kürəsi bizim üçün, biz Yer kürəsi üçün” adı altında debatlar hazırlıq mərhələsində Bakının 16 məktəbində yuxarı sinif şagirdləri arasında keçirilib. Bu gün isə “Park İnn” otelində Debat turnirinin final mərhələsinin və qaliblərin mükafatlandırma mərasiminin keçirilməsi nəzərdə tutulub.

Sabah Gənclər və İdman Nazirliyinin qarşısından Bakı İdman Sarayınadək 30 velosipedçinin iştirakı ilə “Sağlamlıq naminə” adlı velosiped yürüşü keçiriləcək. Belə ki, yürüşün iştirakçıları insanları ekoloji sağlam nəqliyyatdan daha geniş istifadə etməyə çağıracaqlar. Festivalın yekunu olaraq isə sabah Bakı İdman Sarayında ekoparti keçirilməsi planlaşdırılır. Ekopartidə iştirakçıların bir hissəsi flora və faunanı əks etdirən maskalarda, digər iştirakçıların sifətləri “face art”çılar tərəfindən müxtəlif obrazlarla rənglənəcək.
 
Həmçinin əyləncəli hissədə konsert proqramının təşkil olunması, diskoteka, yarışların keçirilməsi nəzərdə tutulub. Festivalda gənclərin sağlam qidalanmaya diqqət yetirməsi üçün meyvələr və şirələr də təqdim olunacaq.

S.QARAYEVA

 





01.11.2012    çap et  çap et