525.Az

60 kilometrlik yeni magistral salınır


 

60 kilometrlik yeni magistral salınır<b style="color:red"></b> Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində 1b texniki dərəcəli yeni  yolun tikintisi  davam etdirilir.

Nəqliyyat Nazirliyi” Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, Şabran rayonunun Gəndob qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanacaq yolun uzunluğu 60 km olacaq. Layihəyə əsasən 8 yol ötürücüsü, 15 körpü, kəndlərarası yollarda keçid məqsədilə 16 düzbucaqlı boru, beynəlxalq qaz və neft boruları üzərində 7 yükgötürücü qurğu, 280 yerdə müxtəlif diametrli borular və dəmir-beton qurğular nəzərdə tutulub.
 
Yol boyu torpaq işlərinin 80 faizi yerinə yetirilib, 8 km məsafədə 2 qat asfalt-beton örtük döşənib, suötürücü boru və qurğuların 90 faizi tikilib. Hazırda tikinti işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir.
2 hərəkət zolaqlı mövcud Bakı-Rusiya avtomobil yolunun alternativ variantı olacaq bu layihə başa çatdıqdan sonra həmin istiqamətdə 16 km məsafəni qısaltmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz və sürətli hərəkətini təmin edəcək.
 





16.07.2014    çap et  çap et