525.Az

ADA Universitetində Milli Məsləhətləşmələrin yekun mərhələsi keçirilib


 

ADA Universitetində Milli Məsləhətləşmələrin yekun mərhələsi keçirilib <b style="color:red"></b>

Dünən ADA Universitetində BMT-nin İnkişaf Proqramı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Gənclər İdman Nazirliyi BMT-nin Əhali fondu tərəfindən həyata keçirilən "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin Milli Müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələrinin yekun mərhələsi keçirilib.

Tədbirdə çıxış edən Debat Vətəndaş Cəmiyyətinin sədri Seymur Hüseynov, AGTMŞ-nın bu layihəsinə may ayında Gəncə şəhərində start verildiyini söyləyib: "Bununla bağlı Bakı, Quba, Gəncədə məsləhətləşmələr aparılıb. Bu məsləhətləşmələrlə bağlı hesabatlar hazırlanaraq avqust ayında ictimaiyyətə təqdim olunacaq. Layihədə müxtəlif kateqoriyalardan olan gənc mütəxəssislər iştirak ediblər. Məsləhətləşmələrin nəticəsində toplanan materiallar PA-nın rəhbəri Ramiz Mehdiyevə təqdim olunub. Ramiz müəllim bu təklifləri dövlət başçısına təqdim edib".

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, bu layihə gənclərin səsini eşitmək üçün hazırlanıb: "Biz ADA Universitetində gənclərə təhsil veririk onlara vətəndaş cəmiyyətini inkişafında aktiv iştirak etməyə dəvət edirik. ADA Universiteti belə layihələrə həmişə açıqdır, gəlin müraciət edin tədris layihələrində iştirak edin".

AGTMŞ- nın sədri Şahin Seyidzadə, bu layihənin BMT-nin Azərbaycan gəncliyinə olan diqqəti sayəsində yarandığını deyib: "Bu da son zamanlar gənclər siyasətinin uğurlu göstəricisidir. Sözsüz ki, təməli ulu öndər tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Burada əyləşən iştirakçı gənclər gələcəyin uğurlu dövlət xadimləridir. Milli Şura uzun müddətdir ki, beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir, həm BMT-nin müvafiq təşkilatı ilə əməkdaşlıq edir. Belə bir müzakirələr qlobal şəkildə Azərbaycanda keçiriləcək. Bu gün daha çox təşəbbüsü hansısa məhsula çevirmək barəsində düşünürük. Hər bir belə tədbir hansısa imkanın kiçik bir parçasıdır. Bu tədbirlərə BMT-nin müvafiq ekspertləri dəstək göstərirlər". Qeyd edək ki, BMT Modeli seminarı Birləşmiş Millətlər Təşkilatının müxtəlif komitə nümayəndələrinin gənclər tərəfindən təmsil olunduğu simulyasiya oyunudur. Oyun zamanı 40 gənc 5 regionun ölkələrinin nümayəndələrini canlandıraraq, təmsil etdikləri ölkələrin xüsusiyyətlərinə uyğun problemlər irəli sürərək, müzakirələr apararaq, təkliflər bu təkliflərin icra mexanizmlərini irəli sürüblər.

"Azərbaycanda 20 il əvvəl gənclər ilə bağlı siyasət yox idi gənclər gələcəkləri ilə bağlı pozitiv düşünə bilmirdilər". Bunu Gənclər idman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, indiki gənclik yeni siyasətdə rol oynayır. Biz istəyirik ki, gənclər fikirlərini bildirsinlər gənclər strategiyasında fəal iştirak etsinlər. Ölkə prezidenti bəyan edib ki, gənclər siyasəti daha yaxşı icra olunmalı bununla bağlı siyasət düzgün qurulmalıdır. İnanıram ki, bu forum çərçivəsində dünya səviyyəsində BMT xətti ilə gənclərlə bağlı siyasətin həyata keçirilməsi tam obyektiv icra olunacaq".

İ.Babayev vurğulayıb ki, Azərbaycan oktyabr ayında BMT-nin təşəbbüsü ilə keçiriləcək gənclərlə bağlı foruma ev sahibliyi edəcək. Əminəm ki, bu forumdan nəinki Azərbaycan gəncləri, həmçinin, əcnəbi gənclər yararlanacaqlar.

Vəfa MƏMMƏDLİ

 





16.07.2014    çap et  çap et