525.Az

Jurnalistlər arasında velosiped yarışı keçiriləcək


 

Jurnalistlər arasında velosiped yarışı keçiriləcək<b style="color:red"></b> 22 iyul - Milli Mətbuat günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası jurnalistlər arasında "Media Kuboku" adı altında velosiped yarışı təşkil edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 23-ü, səhər saat 10:00-da Veloparkda start götürəcək yürüşdə təkcə idman jurnalistləri deyil, həmçinin digər sahələrdən yazan müxbirlər, eləcə də fotoqraf və videooperatorlar da iştirak edə bilər.

Qeydiyyat iyulun 23-ü, səhər saat 09:00-da Veloparkda başlanacaq. Velosipedi və baş geyimi olmayan iştirakçılar müvafiq ləvazimatlarla təmin olunacaq. Yarışda ilk 3 yeri tutmuş iştirakçılar AzVİF tərəfindən qiymətli hədiyyələrlə təltif ediləcək.

"Media Kuboku"nda iştirak etmək istəyən mətbuat nümayəndələrindən xahiş olunur ki, iyulun 22-dək şəxsiyyət və iş vəsiqələrinin surətini, həmçinin əlaqə nömrələrini [email protected] ünvanına göndərsinlər. Maraqlananlar (012) 5667488 nömrəli telefona zəng edərək mətbuat xidməti ilə əlaqə saxlaya bilər.
 





16.07.2014    çap et  çap et