525.Az

Türkiyə də nüvə silahı istehsal edəcək


 

Türkiyə də nüvə silahı istehsal edəcək<b style="color:red"></b>

Bu haqda İsrailin müdafiə naziri məlumat verib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrailin müdafiə naziri Ehud Barak İranın nüvə siyasətinə qarşı bölgə ölkələrini birləşməyə səsləyib. Müdafiə naziri həmçinin yaxın zamanda Türkiyənin də nüvə silahı istehsal edə biləcəyini vurğulayıb.

İngiltərənin “The Daily Telegraph” qəzetinə açıqlama verən nazir qeyd edib ki, əgər İran nüvə silahı istehsal etməkdə davam edəcəksə bu zaman Orta Şərqdəki digər ölkələr də eyni addımı atmaq məcburiyyətində qalacaq. Səudiyyə Ərəbistan, Türkiyə və Misirin də gələcəkdə nüvə silahının istehsalı ilə məşğul olacağı proqnoz edilir.

Nigar Məhərrəm

 





01.11.2012    çap et  çap et