525.Az

ABŞ səfiri İlham Əliyevlə vidalaşdı


 

ABŞ səfiri İlham Əliyevlə vidalaşdı<b style="color:red"></b> Prezident İlham Əliyev iyulun 16-da ABŞ səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

525.az-ın AzerTAc-a istinadən verdiyi məlumata gör, görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, enerji sahəsində uzun illər həyata keçirilən əməkdaşlığın önəmi qeyd olunub, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





16.07.2014    çap et  çap et