525.Az

Gilas mürəbbəsindən narkotik vasitə çıxdı


 

Gilas mürəbbəsindən narkotik vasitə çıxdı<b style="color:red"></b>

Həbsxanaya narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Lent.az-a Penitensiar Xidmətdən məlumat verilib.
 
Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 234.4.2 və 67.1 maddələrinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Fərhad Cəbrayıl oğlu Əliyevə xalası oğlu Elşən Həsən oğlu Həziyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı gilas mürəbbəsinin içərisində gizlədilmiş, xalis çəkisi 0.941 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

 





16.07.2014    çap et  çap et