525.Az

İşğal edilmiş Azərbaycan ərazilərində təbii sərvətlərin qiymətləndirilməsinə başlanılıb


 

İşğal edilmiş Azərbaycan ərazilərində təbii sərvətlərin qiymətləndirilməsinə başlanılıb<b style="color:red"></b>

Azərbaycan Respublikası ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun iclası keçirilib.

İşçi Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas İşçi Qrupunun geologiya üzrə mütəxəssisi Mirzəli Fətəliyevin hesabat xarakterli məruzəsi dinlənilib.

Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb.
 
Müzakirə iştirakçıları İşçi Qrupunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ətraf mühit və təbii sərvətlərə dair İnformasiya-Arxiv Fondunun materialları əsasında baza sənədlərinin kifayət edəcəyini qənaətbəxş hesab ediblər.
 
İclasda işğal altında olan ərazilərdə təbii sərvətlərimizə dəyən zərərin qiymətləndirilməsinə start verilib.

 





16.07.2014    çap et  çap et