525.Az

Cəlilabadda iribuynuzlu heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb


 

Cəlilabadda iribuynuzlu heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb<b style="color:red"></b> Cəlilabad rayonunda iribuynuzlu heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb.
 
APA-nın cənub bürosunun məlumatına görə, yerli sakinlər bildiriblər ki, heyvanların dırnağı soyulur, bədənində yumru şişlər əmələ gəlir, iştahasızlıq yaranır. Artıq mal-qara arasında bir neçə ölüm faktının qeydə alındığı da bildirilir.
 
Cəlilabad Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev faktı təsdiqləyib. O, APA-ya bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları hazırda rayonun Alar və Biləsuvar rayonu ilə həmsərhəd kəndlərdə müayinələrə başlayıblar. Alar kəndində 24 baş mal-qarada xəstəlik aşkar olunub.
 
V. Əliyev deyib ki, iyulun 17-də Respublika Baytarlıq Xidmətinin əməkdaşları rayona ezam olunacaqlar.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova isə APA-ya bildirib ki, epizootik durumla bağlı sabah məlumat açıqlanacaq: “Biz sabah bu haqda məlumat verəcəyək. Həmin informasiyalar yalandır. Çünki heyvanlar arasında bir dənə də ölüm faktı yoxdur. İndi laborotor müayinələr aparılır. Biz diaqnozu müəyyənləşdirdikdən sonra məlumat verəcəyik”.
 





16.07.2014    çap et  çap et