525.Az

Şəkidə yoxlama: “Mərsin” kafesinə qadağa tətbiq olundu


 

Şəkidə yoxlama: “Mərsin” kafesinə qadağa tətbiq olundu<b style="color:red"></b>

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Şəkidə fiziki şəxs Yıldırım Məhəbbət Abduşəkor qızına məxsus “Mərsin” kafesində dövlət nəzarəti tədbirləri həyata keçirib.

Media forum bildirir ki, yoxlamalar zamanı kafenin mətbəxində antisanitar şəraitin hökm sürdüyü, soyuducuda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna əməl edilmədiyi bilinib.

Kafedə hazırlanan toyuq və ət dönərinin, istehsalda istifadə olunan xammalların və qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən edən gigiyenik və uyğunluq sertifikatlarının olmadığı müəyyənləşib.

Müəssisədə yeməklərin heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, aşpazın peşə təhsilini təsdiq edən sənədin olmadığı, müəssisədə istifadə olunan 3 ədəd ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi ortaya çıxıb.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisədə dönərin istehsalı və satışı qadağan edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar çıxarılıb, müəssisə rəhbərinə inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

 





16.07.2014    çap et  çap et