525.Az

“Quş ovuna qadağanın götürülməsinin vaxtı yetişib”


 

“Quş ovuna qadağanın götürülməsinin vaxtı yetişib”<b style="color:red"></b> “Təəssüflər olsun ki, vaxt məhdudluğundan ovda ola bilmirəm. Amma, ov prosesindən, o cümlədən quş ovundan çox xoşuma gəlir”.

Bunu Modern.az-a açıqlamasında deputat Rövşən Rzayev deyib. O, Azərbaycanda quş ovuna qoyulan qadağanın aradan qaldırılması təklifinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanda ovla bağlı olan bütün məsələlər qanun çərçivəsində tənzimlənməlidir.

“Baxmayaraq ki, 20 dəfəyə yaxın ovda olmuşam, amma heç vaxt güllə atmamışam. Baytarlıq Komitəsi quş ovuna moratoriumun qaldırılmasını təkluf edirsə, deməli, “quş qripi” ilə bağlı hər hansı qorxu yoxdur”.
 
Qeyd edək ki, quş ovuna qoyulan qadağanın aradan götürülməsi ilə bağlı Dövlət Baytarlıq Xidmətindən Nazirlər Kabinetinə rəsmi müraciət ünvanlanıb. Artıq neçə ildir ki, “quş qrip”i səbəbindən ölkədə quş ovuna qadağa qüvvədə qalır.
 





16.07.2014    çap et  çap et