525.Az

“Qırmızı Xaç”dan narazılıq var: “Niyə onlar girovlarla görüşmür?!”


 

“Qırmızı Xaç”dan narazılıq var: “Niyə onlar girovlarla görüşmür?!”<b style="color:red"></b>

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova ilə görüşdük. Onlar bizə heç bir ətraflı məlumat vermədilər”.

Bunu Modern.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin üzvü Vaqif Əlisoy deyib. Onun sözlərinə görə, BQXK-nın Azərbaycan nümayəndəliyi Dağlıq Qarabağdakı, Ermənistandakı nümayəndələrinə durumu izah ediblər.

“Ancaq hələ də “Qırmızı Xaç”ın ordakı nümayəndələri girovlarla görüşməyiblər. Bizə bildirildi ki, girovlarla bağlı şayiələr dəqiqləşdiriləcək və yalnız bundan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb.

Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. 3-cü şəxsin – Həsən Həsənovun da girovluqda olduğu ehtimal olunur.

 





16.07.2014    çap et  çap et