525.Az

Bakıda ürəyindən bıçaqlanan gəncin kimliyi məlum olub


 

Bakıda ürəyindən bıçaqlanan gəncin kimliyi məlum olub<b style="color:red"></b> Beş gün əvvəl Bakıda ürəyindən bıçaqlanaraq qətlə yetirən şəxsin kimliyi məlum olub.
 
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəisi İltimas Yusiflinin APA-ya verdiyi məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisində meyitin şəxsiyyəti müəyyən edilib.
 
Məlum olub ki, meyit Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nurlan Xudaverdi oğlu Xudiyevə məxsusdur. Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.
 
Qeyd edək ki, hadisə Sabunçu rayonu ərazisində yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz meşə massivində qeydə alınıb. Qeyd olunan ərazidə ürək nahiyəsindən bıçaq xəsarətləri almış naməlum şəxsin meyiti tapılıb.
 





16.07.2014    çap et  çap et