525.Az

Magistral yol 20 günlük təmirə bağlanır


 

Magistral yol 20 günlük təmirə bağlanır<b style="color:red"></b>

Azərbaycan ərazisində magistral yol 20 gün nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
 
Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun Muğanlı - Yevlax hissəsinin bərpası layihəsinin Göyçay şəhərindən keçən hissəsində aparılan bərpa-tikinti işləriylə əlaqədar magistral avtomobil yolunun km 209-214 (layihə üzrə km 80-85) arası avtomobillərin hərəkəti iyulun 16-dan etibarən 20 gün müddətində məhdudlaşdırılacaq. Minik avtomobillərinin Göyçay şəhərinin küçə yollarından, ağır yük maşınlarının isə Bərgüşad-Ucar yolundan istifadə etmələri xahiş olunur.

 





16.07.2014    çap et  çap et