525.Az

"Argentina millisini Xerardo Martino çalışdıracaq"


 

"Argentina millisini Xerardo Martino çalışdıracaq"<b style="color:red"></b>

"Barselona" klubunun sabiq baş məşqçisi Xerardo Martino Argentina yığmasını çalışdıracaq.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, bu barədə Paraqvay Futbol Federasiyasının vitse-prezidenti Federiko Akosta açıqlamasında deyib.

F.Akosta Martinonun Argentina Futbol Federasiyası ilə razılığa gəldiyini deyib: "Martino Argentina millisini çalışdırmaqla bağlı bu ölkənin futbol federasiyası ilə prinsipdə anlaşıb".

Qeyd edək ki, daha öncə Paraqvay millisindən təklif alan Martino bunu rədd etmişdi.

Xatırladaq ki, "DÇ-2014"ü gümüş medalla başa vuran Argentina yığmasının hazırkı baş məşqçisi Alexandro Sabelyanın yaxın günlərdə  komandadan ayrılacağı gözlənilir.

 





16.07.2014    çap et  çap et