525.Az

Tanınmış şair-rəssam Adil Mirseyid vəfat edib


 

Tanınmış şair-rəssam Adil Mirseyid vəfat edib<b style="color:red"></b>

Uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkən tanınmış şair – rəssam Adil Mirseyid bu səhər vəfat edib.

525.az-ın verdiyi xəbərə görə, bu barədə AYB-in rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edək ki, Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).
Allah rəhmət eləsin.
 

 





17.07.2014    çap et  çap et