525.Az

Türkiyədə polis bayrağı endirməyə cəhd edən şəxsə atəş açıb


 

Türkiyədə polis bayrağı endirməyə cəhd edən şəxsə atəş açıb<b style="color:red"></b> Antalyada polis bağçasındakı Türkiyə Bayrağını endirməyə çalışan 19 yaşlı Çingiz Önkol polis tərəfindən ayağından vurulub.
 
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, hadisə Antalyanın Muratpaşa bölgəsinin Bahçelievlər polis mərkəzində baş verib.
 
Növbətçi polisin xəbərdarlığına məhəl qoymayan Ç.Önkol bayrağı endirməyə qalxıb. Bu zaman polis iki dəfə havaya xəbərdarlıq atəşi açıb. Buna rəğmən o, işinə davam edib. Polis onu sağ ayağından vuraraq, zərərsiz hala gətirib.
 
Məsələ ilə bağlı araşdırma aparan polis Ç.Önkolun asayişi pozması ilə bağlı çoxlu sayda suçu olduğunu müəyyənləşdirib.
 





17.07.2014    çap et  çap et