525.Az

ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi


 

ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi<b style="color:red"></b> ABŞ Rusiyaya qarşı sanksiyları sərtləşdirib.

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, siyahıya Rusiya duması sədrinin müavini Sergey Neverov, Krım məsələləri üzrə nazir Oleq Savelyev, Rusiya prezidentinin köməkçisi İqor Şeqolev,eləcə də Aleksandr Boroda, “İjmaş”  və “Bazalt” Elmi-İstehsal birliklərinin şirkətləri, “Uralvaqonzavod”, Donetsk və Luqanskda rusiyayönlü terrorçuların elan etdikləri “respublikaların” liderləri o cümlədən  Donetskdəki rusiyayönlü terrorçuların başçılarından biri Aleksandr Boroday, Federal Təhlükəsizlik Xidmətinin general –polkovniki Sergey Beseda, “Venşekonombank”, “Qazprombank”, “Rosneft” şirkəti, Feodesiya neft şirkəti, “KRET” radioelektron konserni, “Sozvezdiya” şirkəti, “Almaz-Antey” və “Kalaşniokov” konsernləri, “KB” cihazqayırma zavodu, “Novoatek” Açıqtipli Səhmdar Cəmiyyəti daxil edilib.
 
Xatırladaq ki, bu ilin martında ABŞ Rusiyanın 20 dövlət məmuru, iş Adamı və deputatına sanksiya tətbiq etmişdi.
 





17.07.2014    çap et  çap et