525.Az

Bakıda zəncirvari yol qəzası: yaralananlar var


 

Bakıda zəncirvari yol qəzası: yaralananlar var<b style="color:red"></b> Bakıda zəncirvari yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Füzuli Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə işıqforun qırmızı işığında hərəkətini davam etidirb, nəticədə Rafiq Məmmədovun idarə etdiyi VAZ-21099 markalı avtomobillə toqquşub. Səməd Vurğun və Hənifə Ələsgərov küçələrinin kəsişməsində hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin sürücüsü isə idarətməni itirib, nəticədə avtomobil qəzaya uğrayan maşınlara çırpılıb.
 
Qəza nəticəsində VAZ-21099-un sərnişinləri - 62 yaşlı Ofeliya Məmmədova, 64 yaşlı Natella Yusifova və sürücü Rafiq Məmmədov xəsarət alaraq Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.  Sürücünün vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 





17.07.2014    çap et  çap et