525.Az

Tarif Şurasına əlavə səlahiyyət verildi


 

Tarif Şurasına əlavə səlahiyyət verildi<b style="color:red"></b> Baş nazir Artur Rasizadə "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nda dəyişikliklər edilməsi haqqında qərar verib.

Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
 
Qərar "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" prezidentin fərmanının icrasını təmin etmək məqsədi ilə verilib.
 
Dəyişikliklərə əsasən, ixtiralarla əlaqədar haqqın ödənilməsi ilə bağlı yaranan mübahisələrə inzibati qaydada və məhkəmədə baxılacaq. Bundan başqa, qərara əsasən, ixtiralarla bağlı xidmət haqqı (ödəniş) Tarif Şurası tərəfindən müəyyən ediləcək.
 
 





17.07.2014    çap et  çap et