525.Az

İntihara cəhdin qarşısı alınıb


 

İntihara cəhdin qarşısı alınıb<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub.
 
525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:35-də başa çatıb.
 





17.07.2014    çap et  çap et