525.Az

Xanım müğənnimiz infarkt keçirib


 

Xanım müğənnimiz infarkt keçirib

Xalq artisti Səməd Səmədovun duet ortağı müğənni Sevda Əliqızı infarkt keçirib.

Bu barədə Milli.az-a müğənninin özü məlumat verib.

S.Əliqızı bildirib ki, həkim ona bir müddət səhnəyə çıxmamağa, mikrofondan uzaq olmağı tövsiyə edib. Müğənni hələ bundan 3 ay sonra duet ortağı Səməd Səmədovu intizarda qoyacaq: “Allah Səməd müəllimin canını sağ etsin. Xəstələnəndə mənə hər gün baş çəkirdi. Bəzən imkan tapa bilməyəndə telefonla əlaqə saxlayıb hal-əhval tuturdu. Hələ ondan başqa, bir çox müğənni həmkarlarım məni tək buraxmadı. Xəstəliyi Allah heç kəsə nəsib etməsin”.

Qeyd edək, hazırda Sevda Əliqızı həkim müayinəsi altındadır.

 





27.08.2012    çap et  çap et