525.Az

“Nizami” Kino Mərkəzində “Carçıfilm” Günləri başladı


 

“Nizami” Kino Mərkəzində “Carçıfilm” Günləri başladı<b style="color:red"></b>

İctimai Televiziya Radio Yayımları ŞirkətininCarçıfilmYaradıcılıq Birliyi Mədəniyyət Turizm Nazirliyi ilə birgə Teleradio işçilərinin peşə bayramı ərəfəsindəNizamiKino MərkəzindəCarçıfilmGünləri keçirir.
 
Bu barədə 525.az-a CarçıfilmYaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Qərənfil Xəlilova məlumat verib.  Noyabrın 1-dən 5-dək davam edəcəkCarçıfilmgünlərində yaradıcılıq birliyinin istehsal etdiyi bədii sənədli filmlər nümayiş olunacaq. Direktorun sözlərinə görə, bu günnoyabrın 1-, saat 11:00-daNizamiKino Mərkəzində layihənin açılış mərasimidir. Tədbirdə İctimai Teleradio Şirkətinin, Mədəniyyət Turizm Nazirliyinin, Kinostudiyanın, digər kino, teatr, təhsil, mədəniyyət strukturlarının, ictimai təşkilatların nümayəndələri, tanınmış rejissorlar, aktyorlar, operatorlar iştirak edəcək. Açılış mərasiminə gələnlərCarçıfilmin fəaliyyətinə həsr olunmuş filmə tamaşa edəcəklər. Elə həmin gün şair-yazıçı Ramiz Rövşənlə quruluşçu rejissor Cavid TəvəkkülünCarçıfilm istehsal edilənSəhərə inanfilmi nümayiş etdiriləcək.

 

Qərənfil Xəlilovanın sözlərinə görə, İctimai Televiziya Radio Yayımları Şirkəti yarandığı ilk vaxtlardanCarçıfilmfəaliyyətə başlayıb: “İndiyədək 200-dən artıq bədii, sənədli film, teleserial, reklam çarxı çəkərək tamaşaçıların ixtiyarına vermişik. Şirkətimizin rəhbəri İsmayıl Ömərovun müəllifi olduğu bu layihə çərçivəsində həmin filmlərdən 14-ü seçilib nümayiş etdiriləcək.  Düşünürəm ki, bu müddət ərzində deməyə sözümüz olub. Doğrudur, biz televiziya vasitəsilə bu filmləri tamaşaçılara göstərmişik. Amma onda tamaşaçı bizi görüb, biz isə onları yox. İndi isə bu layihə nəticəsində tamaşaçımızla birbaşa ünsiyyət qurmağa nail olacağıq. Onların təşəkkürlərini, iradlarını birbaşa öz dillərindən eşitmək imkanı əldə edəcəyik. “Carçıfilmdən gözlədiklərini, ekranda nələrə tamaşa etmək istədiklərini özlərindən eşidəcəyik. Teleradio işçilərinin peşə bayramı ərəfəsində tamaşaçılarımız bu layihəni hesabatımız kimi qəbul edə bilərlər”. 

 

Qeyd edək ki, layihə çərçivəsində  NizamiKino Mərkəzində gün ərzində 3 seans olmaq şərtiləCarçıfilmin –“Fosfor adam”, “Azarkeş”, “Əzizim Fellini”, “Sovqat”, “Səhərə inan...”, “Gəl təzədən evlənək”, “Qovğalı kəndinin gecələri”, “Yanlış da bir naxışdırfilmləri nümayiş etdiriləcək. Seanslara giriş pulsuzdur.

 

S.MÜRVƏTQIZI

 

 





01.11.2012    çap et  çap et