525.Az

Bu gün Telman Adıgözəlovun doğum günüdür


 

Bu gün Telman Adıgözəlovun doğum günüdür<b style="color:red"></b> Bu gün unudulmaz aktyor Telman Adıgözəlovun doğum günüdür.

Lent.az-ın məlumatına görə, ölməz sənətkar T. Adıgözəlov 1953-cü il iyulun 17-də Balakəndə doğulub. O, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
 
Bu gün dünyaya göz açmasından 61 il keçən sənətkar aktyorluq fəaliyyətinə 1980-ci ildə Akademik Milli Dram teatrında başlayıb. O, 2000-ci ildə əməkdar, 2006-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. Sənətkar 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edib.
 
 
Qeyd edək ki, T. Adıgözəlovun bir qızı, bir oğlu var.
 





17.07.2014    çap et  çap et