525.Az

“Bəzi QHT-lərin məqsədi ölkəmizin imicinə zərbə vurmaqdır” (MÜSAHİBƏ)


 

“Bəzi QHT-lərin məqsədi ölkəmizin imicinə zərbə vurmaqdır” <b style="color:red"> (MÜSAHİBƏ)</b>

RAMİZ ALIYEV: “İNSAN ALVERİNİN QURBANLARI QOHUMLARI YAXINLARI TƏRƏFİNDƏN ALDADILARAQ BU ÇİRKİN İŞƏ CƏLB OLUNURLAR

 

İnsan alveri hər zaman gündəmdə olan başlıca problemlərdən biri kimi diqqəti cəlb edir. Bununla bağlı aidiyyatı dövlət qurumları, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının müəyyən işlər görməsinə, eləcə bu işlərin hər keçən gün daha da gücləndirilməsinə baxmayaraq insan alveri qurbanlarının sayının azalmasında diqqətçəkici azalma hiss edilmir. Məsələ ilə bağlıİnsan Alverinə Qarşı Mübarizə Təşkilatıİctimai Birliyinin rəhbəri Ramiz Alıyevlə söhbətləşdik.

 

 

Ramiz müəllim, bu, bir faktdır ki, ölkəmizdə insan alverinə qarşı mübarizə intensiv xarakter daşıyır. Lakin buna rəğmən insan alveri qurbanların sayının azalmasında ciddi azalma müşahidə edilmir. Sizcə, bu nədən irəli gəlir?

 

Düzdür, ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində aparılan tədbirlər günü-gündən daha da gücləndirilməkdədir. Bu mübarizəyə  həm dövlət tərəfindən aparılan tədbirlər, həm QHT-lərin apardığı maarifləndirici layihələr daxildir. Ancaq dünyanın hər bir ölkəsində  insan alveri cinayətkarlığı ilə mübarizə aparılmasına baxmayaraq,  hələ dünya əhalisi bu cinayətkarlıqdan tam azad olmayıb. Bildiyimiz  kimi ölkəmizdə İnsan alverinə qarşı mübarizənin daha da qətiyyətli aparılması üçün Prezident İlham Əliyev Daxili İşlər Nazirliyində  İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin yaradılması haqqında  sərəncam  imzalayıb. Qeyd etdiyim idarənin yaradılmasından sonra İnsan alverinə qarşı mübarizə sahəsində əməli işlər görülmüş mübarizə daha da qətiyyətli aparılmaqdadır. Ancaq təəssüflə onu da deməliyəm ki, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı digər QHT-lər tərəfindən qədər maarifləndirmə tədbirləri aparılsa  da, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi qədər bu cinayətkarlıqla mübarizə aparsa da  bizə lazım olan nəticə hələ əldə olnumayıb, yəni hələ vətəndaşlarımız  aldanaraq insan alveri ilə məşğul olanalverçilərintoruna düşürlər. 

 

Belə bir fikirdə var ki, bu cinayəti törədənlər hansısa nüfuzlu şəxslər tərəfindən himayə edilir. Hər halda sadə adamların bu işlə məşğul olmağa, xüsusən gömrükdən bu insanları keçirməyə gücü çatmaz. Bu barədə deyə bilərsiz?

 

Hər kəs ağlına düşüncəsinə görə müxtəlif fikirlər irəli sürür bu fikirlərinin doğru olduğunu bəyan edir. Ancaq məqam çatanda ki, fikirlərini əsaslandır sübutlar göstər, onda da qalır bəhanələr axtarmağa. İnsan alveri ilə məşğul olan insanın milliyyəti, din mənsubluğu,  vətəndaşlığıvar. Bu cinayətkarlıqla məşğul olan insanlar ilk olaraqqurbanını inandırmalı etimadını qazanmalıdır. Buna görə təəssüflə bildirmək istərdim ki, insan alverçiləri torlarına   özlərinə qohumluq baxımdanyaxın olan  adamları salırlar. Belə ki, bu cinayətkarlar qohumluq baxımdan yaxın olan insanların etimadını qazanıb onları xarici ölkələrə işə düzəltmək ya ailə həyata qurmaq adı ilə aparırlar. Qurbanlar isə özlərinə qohum bildikləri insanlarla xarici ölkəyə getməkdə tərəddüd etmirlər təhlükəsiz bir olacağına inanırlar özlərinə doğma bildikləri şəxs ya şəxslərlə birlikdəalverçilərinistədikləri  ölkələrə getməyə razı olurlar təbii ki, bu proseslər haqqında hüquq-mühafizə orqanlarına məlumat verilməsinə lüzum görmürlər.  Cinayətkarlar  bununla da öz qurbanlarını istər gömrükdən, istərsə digər sərhəd keçid məntəqələrindən rahatlıqla maneəsiz olaraq  keçirə bilirlər. Bununla da əminliklə demək mümkündür ki, ölkəmizdə insan alveri qurbanlarının hər biri  öz qohumları yaxınları tərəfindən aldadılaraq bu çirkin işə cəlb olunurlar. Bizləri ən çox təsirləndirən məqamlardan biri odur ki, bəzi ölkələrin qurumları öz hesabatlarında  dövlətimiz haqqında həqiqətə uyğun olmayan statistikalar səsləndirir   ən dəhşətlisi budur ki,  həqiqətə uyğun olmayan bu cür  məlumatlar ölkəmizdə fəalliyyət göstərən bəzi QHT-lər tərəfindən müəyyən məqsədlər naminə həmin  xarici ölkələrin qurumlarına çatdırılmış məlumatlardır. Əslində, bu məlumatları Azərbaycan Respublikasının  hüquq-mühafizə orqanlarına təqdim etsələr daha məqsədə uyğun olar, nəinki  hər hansı bir xarici ölkənin qurumlarına. Görünür, bu qərəzli məlumatları xarici qurumlara ötürən QHT-lərin əsl məqsədləri ölkədə insan alverinə qarşı mübarizə aparmaq yox, ölkəmizin imicinə zərər gəlməsinə dəstəkçi olmaqdır.

 

İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyi necə təmin edilir?

 

İnsan alveri faktı əldə olunduqda ən çox ehtiyyat olunan məsələlərdən biri mən deyərdim ki, birincisi məhz elə qurbanın təhlükəsizliyidir. Ölkəmizdə bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Belə ki, insan alveri qurbanları üçün dövlət tərəfindənsığınacaqyaradılıb qurbanlar orada təmənnasız olaraq hər şəraitlə təmin olunub. Orada olan bütün xərclər məhz dövlət tərəfindən ödənilir ən əsas da təhlükəsiz şəraitdə müəyyən bir vaxta kimi qalmaları üçün  şərait yaradılır. Orada qurbanlara müəyyən sahələr üzrə kurslar təşkil olunur. Məhkəmələrdə onlar çox vaxt QHT-lərin verdiyi vəkillər ilə təmin olunurlar.

 

Maraqlı məqam ondadır ki, insan alverçiləri yalnız qadınları deyil, kişi uşaqları da qul vəziyyətinə salır...

 

Ümumiyyətlə, insan alveri dedikdə, yalnız qadın alveri nəzərdə tutulmur. Bura həm qadın, həm kişi, həm uşaq alveri daxildir. Eyni zamanda bədən orqanlarının qanunsuz transplantasiyası da insan alveri cinayətidir. Ancaq Azərbaycanda olan insan alverinə dair cinayət  faktları içərisində  qadın alveri üstünlük təşkil edir. Digər, yəni kişi uşaq alveri, qanunsuz olaraq bədən orqanlarının transplantasiyası, uşaq əməyinin istismarı haqqında fakta ya ölkəmizdə rast gəlinməmişdir ya da bu cinayətlər haqqında bir ya iki belə fakt aşkar olunub. O da ölkəmizdə deyil, vətəndaşımızın aldadılaraq xarici ölkəyə aparılıb istismara məruz qalması faktı olub. O ki, qaldı uşaq əməyinin istismarına hesab edirəm ki,  ölkəmizdə belə faktlar mövcud deyil.

 

Ramiz müəllim, istismara məruz qalan insanlara Azərbaycanda necə hüquqi yardım göstərilir?

 

Qeyd etdiyim kimi ölkəmizdə QHT-lərlə dövlətin çox sıx əməkdaşlığı mövcuddur. Belə ki, dövlət orqanları hər zaman çalışmışdır ki, hüquqi yardım məsələsində maarifləndirmə sahəsində QHT-lərlə daha da yaxından əməkdaşlıq etsin. nəticə etibarı ilə alınır. İnsan alverinin qurbanı olmuş şəxslərə yüksək səviyyədə hüquqi psixoloji yardım göstərilir. Bu yardımları əksər hallarda dövlətin  razılığı dəstəyi  ilə insan alverinə qarşı mübarizə aparan QHT-lər həyata keçirir.

 

Aqil LƏTİFOV

 

 





01.11.2012    çap et  çap et