525.Az

Məcburi köçkünlərə ayrılan vəsaitlər yoxlanılır


 

Məcburi köçkünlərə ayrılan vəsaitlər yoxlanılır<b style="color:red"></b> Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Bu barədə Lent.az-a palatadan məlumat verilib.
 
Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Balakən rayon İcra Hakimiyyətinə və dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Nəsimi rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları təsdiq olunub.
 
Həmçinin “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2011-2013-cü illərdə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi” mövzusunda analitik təhlil üzrə proqram müzakirə edilərək təsdiqlənib.
 





18.07.2014    çap et  çap et