525.Az

Moskvanın “Qələbə Meydanı”nda məscid tikiləcək


 

Moskvanın “Qələbə Meydanı”nda məscid tikiləcək<b style="color:red"></b>

Rusiya paytaxtında yerləşən “Qələbə Meydanı”nda məscid tikilməsi planlaşdırılır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə nadir obyektlərin inkişafı və yenidən qurulması barədə Dövlət İdarəsinin rəisi Dmitriy Nekrasov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hal-hazırda “Qələbə Meydanı”nda məscid və buddist məbədi tikilməsi imkanları araşdırılır.

D. Nekrasov nadir obyektlərin inkişafı və yenidən qurulması Dövlət İdarəsinin paytaxtda 200 provaslav kilsəsinin tikinti layihəsində iştirak etdiyini söyləyib: “Paytaxtda digər dini konfesiyaların məbədlərinin tikintisi də planlaşdırılır. Qələbə Meydanında məscid və buddist məbədinin tikilməsi imkanlarına baxılır”.

 





01.11.2012    çap et  çap et