525.Az

“Hərbi həkim işi” ixtisasına qəbul elan edildi


 

“Hərbi həkim işi” ixtisasına qəbul elan edildi<b style="color:red"></b>

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına tələbə qəbulu üçün müsabiqə elan edilib.

Bu barədə Lent.az-a TQDK-dan məlumat verilib.

Müsabiqəyə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 350 və daha çox bal toplamış 19 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) qəbul ediblər. Hərbi Tibb Fakültəsinə qəbul olan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.

Müsabiqədə iştirak etmək arzusunda olanlar müvafiq həkim komissiyasından keçmək üçün iyulun 21-dən 30-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə müraciət etməlidirlər.

 





18.07.2014    çap et  çap et