525.Az

Uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu üçün ərizə qəbulu başlayır


 

Uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu üçün ərizə qəbulu başlayır<b style="color:red"></b> Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərə uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə əlaqədar iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq.

Bu barədə Lent.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Elektron ərizələrin qəbulu avqust ayının 20–dək davam edəcəkdir.

Elektron ərizə qəbulu üçün vətəndaşlar bu linkdən istifadə etməklə öz uşaqlarını  qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
 





18.07.2014    çap et  çap et