525.Az

250 min avroya vətəndaşlıq


 

250 min avroya vətəndaşlıq<b style="color:red"></b>

Macarıstanın dövlət büdcəsinə yatırım edən iş adamlarına vətəndaşlıq hüququ veriləcək.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Birliyində yaranan böhranla əlaqədar ölkənin iqtisadi durumunda geriləmə nəzərə çarpıb. Biznemenlərin bu ölkədə vətəndaşlıq hüququ əldə etmələri üçün 250 min avroluq yatırım etmələri tələb olunur. Macarıstan rəsmiləri belə addımı atmaqla ölkəni Avropanın əsas yatırım mərkəzinə çevirmək niyyətində olduqlarını deyib. Onların əsas məqsədləri dünyanın bir çox zəngin ölkələrindən. xüsusi ilə də Çindən yatırımlar əldə etməkdir.
 
Qeyd edək ki, son zamanlar dünyanın bir çox ölkələrində yaranan iqtisadi böhran bu ölkəni də öz cənginə alıb. Macarıstanın borcları illik iqtisadi büdcəsinin 78 faizini təşkil edir. Xatırladaq ki, bənzər addım Kanada hökuməti tərəfindən də atılmışdı. Hökumət rəsmiləri ölkə büdcəsinə 800 min yatırım edən şəxsə Kanada vətəndaşlığını qazanmaq hüququnu verib.

Nigar məhərrəm

 





01.11.2012    çap et  çap et