525.Az

Moskvada azərbaycanlı tələbənin qətlində şübhəli bilinənlər həbs edildi (FOTO)


 

Moskvada azərbaycanlı tələbənin qətlində şübhəli bilinənlər həbs edildi<b style="color:red"> (FOTO)</b>

Moskva məhkəməsi Rusiya paytaxtında 22 yaşlı azərbaycanlı tələbəni vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən şəxslər barəsində həbs qərarı çıxarıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün paytaxtın Xoroşevskiy Rayon Məhkəməsində 1990-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Seymur Ağahüseyn oğlu Ağayevi qətlə yetirməkdə təqsirləndirilən şəxslər Dmitri Kolotovkin, Aleksandr Vlasenko, Artyom Skubakdır və Andrey Alyoxin barəsində həbs qəti-imkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Məhkəmə təqsirləndirilən şəxslər barəsində dekabrın 17-nə kimi həbs-qətimkan tədbiri seçib.

Məhkəmə zalına gətirilən təqsirləndirilən şəxslərdən Aleksandr Vlasenko jurnalistlərin suallarını cavablandırıb. Üzünü kameralardan gizlədən keçmiş polis əməkdaşı A.Vlasenko özünü qətldə təqsirli bilmədiyini söyləyib: “Mən qətl törədilən yerdə olmamışam”.

Qeyd edək ki, bu il sentyabrın 5-də polis əməkdaşları Dmitri Kolotovkin, Aleksandr Vlasenko, Artyom Skubak və onların tanışı, yol müfəttişi vəzifəsində staj keçən Andrey Alyoxin Azərbaycan vətəndaşı Seymur Ağahüseyn oğlu Ağayevi girov götürüblər. Dəstə üzvləri Seymuru şəhər kənarında yerləşən əraziyə gətirərək, onu 77 bıçaq zərbəsi ilə qətlə yetirib. Onlar qətli törətdikdən sonra S.Ağayevin qiyməti 100 min ABŞ dollarından çox olan “BMW-GT” markalı maşınını qaçırıb və mərhumun ailəsinə zəng edərək, yalandan onun sağ olduğunu deyib, girovun azad edilməsi müqabilində 150 min avro pul tələb ediblər.

Onu da qeyd edək ki, qatillərindən birinin - Artyom Skubakın Moskvanın Şimal-Qərb dairəsi üzrə Polis İdarəsinin rəisi Sergey Skubakın qardaşı oğlu olduğu ehtimal edilir.

Faktla bağlı “adam oğurluğu”, “qəsdən adam öldürmə” və “hədə-qorxu yolu ilə pul tələb etmə” maddələri ilə cinayət işi başlanıb.

 





01.11.2012    çap et  çap et