525.Az

Millət vəkilinin beynəlxalq konfransda məruzəsi dinləniləcək


 

Millət vəkilinin beynəlxalq konfransda məruzəsi dinləniləcək<b style="color:red"></b>

Milli Məclisin üzvü, professor Sahibə Qafarova Avropa Şurası ilə Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi konfransda iştirak etmək üçün noyabrın 2-də Türkiyənin İstanbul şəhərinə səfərə yola düşəcək.

525.az-ın məlumatına görə, gender məsələlərinə həsr olunmuş tədbirdə qadınların siyasi və sosial hüquqları təşviq ediləcək, iqtisadiyyata və maliyyə işlərinə daha yaxından cəlb olunması yolları araşdırılacaq. Mədəniyyət və incəsənət sahələrində, eləcə də KİV-də qadınların mövqeyinin gücləndirilməsi zərurətindən danışılacaq. Konfransda qadınlara qarşı zorakılıqla mübarizə məsələsi diqqət mərkəzində olacaq.

Qeyd edək ki, konfrans zamanı Azərbaycan parlamentinin üzvü , AŞ Parlament Assambleyasının irqçilik və ksenofobiya üzrə Alt Komitəsinin sədri S. Qafarovanın məruzəsi dinləniləcək.

Səfər noyabrın 9-da başa çatacaq.

Kamil Həmzəoğlu

 





01.11.2012    çap et  çap et