525.Az

Əbülfəs Qarayev Qaxda vətəndaşları qəbul edəcək


 

Əbülfəs Qarayev Qaxda vətəndaşları qəbul edəcək <b style="color:red"></b>

Prezident İlham Əliyevin tapşırıq tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət turizm naziri Əbülfəs Qarayev iyulun 25- saat 10:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (N.Nərimanov prospekti, 4) vətəndaşların qəbulunu keçirəcək.

 

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən “525”ə verilən məlumata görə, qəbulda Mingəçevir şəhərindən, Şəki, Qax, Ağdaş, Balakən Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edəcəklər. Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (“Qaynar xətt”): 147 ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan, həmçinin yuxarıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət turizm şöbələri ilə (şənbə bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş edilir.

 

S.ABDULLAYEVA
 





19.07.2014    çap et  çap et