525.Az

Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri


 

Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri <b style="color:red"></b>

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət   Mükafatı laureatı Nikpur CabbarlınınElçin Azərbaycan mühacirətşünaslığının problemlərikitabıTəhsilnəşriyyatında nəfis tərtibatla çap olunub.

 

Kitabda Azərbaycan mühacirətşünaslığının təşəkkül tarixinə müxtəsər nəzər salınır belə bir müddəa irəli sürülür ki, 1980-ci illərin sonlarından etibarən keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda gedən ictimai-siyasi proseslərin təbii sonucu kimi mühacirətə marağın artması ilə bu sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Müəllifin qənaətincə, milli mühacirətşünaslığımızın həmin mərhələsi ilk növbədə görkəmli yazıçı, ədəbiyyatşünas tənqidçi Elçinin adı fəaliyyəti ilə səciyyələnir.

 

Araşdırmada Elçinin Azərbaycan mühacirətinin tarixi, mühacirətin bədii elmi irsinin tədqiqi prinsipləri, bu irsin çağdaş ədəbi-elmi dövriyyəyə cəlb edilməsi zərurəti ilə bağlı müxtəlif məqalə müsahibələrindəki fikirləri sistemli təhlil edilib dəyərləndirilir, bununla da alimin sözügedən sahənin inkişafındakı əhəmiyyətli rolu təsbit olunur.

 

Elçinin  mühacirətşünaslıq  problemlərinə dair görüşlərini əks etdirən yazıları, həmçinin uyğun illüstrativ  materiallar da araşdırmaya əlavə edilib.

 

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

 

Sevinc
 





19.07.2014    çap et  çap et