525.Az

Tanınmış cibgir həbs edildi


 

Tanınmış cibgir həbs edildi<b style="color:red"></b>

Azərbaycanda “Qızılbarmaq Qəribəli” ləqəbi ilə tanınan cibgir həbs edilib.

APA-nın məlumatına görə, Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 52 yaşlı Qəribəli Təriş oğlu Şəbiyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülüb.

Q. Şəbiyevin məşhur cibgir olduğu, kriminal aləmdə “Qızılbarmaq Qəribəli” kimi tanındığı bildirilir. O, həmçinin bir dəfə Rusiyada olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb. Q. Şəbiyev hazırda həbsdə olan “Qızılbarmaq Fikrət”in yaxın dostu olub.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirliklə məşğul olan Elçin Ramazan oğlu Kərimduxt həbs edilib. Onun üzərindən də narkotik maddə götürülüb. E. Kərimduxt 2005-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunub. E. Kərimduxt kriminal aləmdə “Cibgir Elçin” kimi tanınır.

 





01.11.2012    çap et  çap et