525.Az

Sənin sevimli məmurun kimdir?


 

Sənin sevimli məmurun kimdir?<b style="color:red"></b>

Çoxdan idi ki, belə bir sual barədə düşünürdüm: bəlkə biz müsabiqə keçirək, sevimli məmur yarışmasına başlayaq? 

Səmimi deyirəmmövzu içimdə bəslənirdi, amma yazmağa qərar verə bilmirdim. Azərbaycan yazıçılarının 12-ci qurultayında Fatma xanım Abdullazadənin yazıçı ürəyindəntikan çıxarandolğun məntiqli çıxışı, daha sonra Hadi RəcəblininXəzərtelekanalındakı səhər verilişində çox təmkinli dəyərli müsahibəsi nəhayət, mənim iştirak etdiyim Lənkəran Astara ziyalıları ilə görüşlərdə Kamal Abdullanın Azərbayçançılıq, qloballaşma, multikulturalizm, humanitar problemlər ətrafında açıq, səmimi peşəkar söhbətləri bu istəyimə həvəs qatdı, düşüncələrimi oxucularla bölüşmək qərarına gəldim.

Bəri başdan deyim ki, hər üç dövlət məmurunun sevdikləri işə şüurun yaradıcı təfəkkürün işığında yanaşmaları, elmi-siyasi dünyagörüşləri, bilik təcrübələri mənim üçün təəccüb doğurmur, əslində belə olmalıdır- məmurlar həm sadaladığım cəhətlərə görə nüfuz sahibi olublar sevimli məmurbirləşməsini onların sosial-mənəvi portretinə uyğun ifadə hesab edirəm. Lakin mənim uzun illər öləzimiş heyrətimin gözlərinə sözün əsl mənasında işıq gətirən adlarını çəkdiyim bu üç dövlət məmurunun  idarəçilikdə çox vacib sayılan daha bir maraqlı tərəfi oldu: onların hər üçünü (görüşün yeri, auditoriyası, çıxışlarının məzmunu müxtəlif olsa da!) birləşdirən bir dəyər vardı- peşəkarlıq mədəniyyəti!

Bəli, bəli, peşəkarlıq özü bir mədəniyyətdir! Xüsusilə dünyanın çox incə, həssas qorxulu vaxtındavətəndaşımızın bu günü, gələcəyi, inkişafı üçün zəruri olan potensialı qoruyub saxlaya bilmək, möhtəşəm təcrübəli dövlət aparatını, təkmil hərbi, iqtisadi, mədəniyyət, idman, təhsil, səhiyyə, biznes, xidmət s. strukturları qorumaq, yeni şəraitdə yeni dövrdə vətəndaş zəkasının irəliyə yürüşünün qarşısını almamaq, hökumətimizin əməli tədbirlərinə əngəl yaratmamaq üçün çox zəruri atributdur! Axı biz indi elə bir dövrdə yaşayırıq ki, həyat tərzimiz, mədəniyyətimiz, mentalitetimiz, bir sözlə, xırda məişət dəyərlərimizdən tutmuş ta siyasi-ictimai mədəniyyətimizə qədər hər şeyimiz çox böyük maraq doğurur; dünyayi-aləm bizə baxır, bizdən təkcə təbii sərvət yox, həm mənəvi sərvət götürmək istəyir, mədəni-mənəvi dəyərlərimizdən öyrənmək istəyir. Axı bu dəyərlər fonunda cəmiyyətimizin siması formalaşır! Dövlət məmurunun siması cəmiyyətin siması deməkdir, cəmiyyətin siması elə dövlət məmurunun siması deməkdir! Nəhayət, biz, xüsusilə mötəbər söz qələm adamları, “məmuranlayışına barmaq arası baxmamalıyıq, sağlam düşüncəylə yaxşıyayaxşı”,  pisə pisdeməyi bacarmalı, möhtərəm Prezident İlham Əliyev cənablarının uğurlu kadr təyinatlarını təqdir etməli, ona təşəkkür etməyi öyrənməli, yerində olmayan məmurları isə nişan verməli, onların arzuolunmaz davranış hərəkətlərini ictimai qınaq atəşinə tutmalıyıq.

Mənim atam təpədən dırnağa sovet məmuru olub: komsomol, partiya, sovet orqanlarında yüksək vəzifələrdə çalışmışdı o, öz məmurluq həyatından ömrünün sonunadək zövq alırdı. Yadımdadı, 1970-ci il idi (o zaman mən beşinci sinifdə oxuyurdum) atam şəhər sovetinin sədri işləyirdi, bir gün evə qanıqara gəldi, anama dedi ki, “məni istəmədiyim vəzifəyə göndərirlər”. Anam təəccüblə soruşdu:

Hara?

Konserv zavoduna direktor...

Anam bərk narahat oldu, çünki o, atamın qabiliyyətinə bələd idi, ondan istehsalat mütəxəssisi, ya da məmuru çıxmazdı...Necə oldusa, atam həmin vəzifəyə getdi. Üstündən heç bir il keçmədi, yenidən qayıtdı öz əvvəlki vəzifəsinə. Bircə bu yadımdadı ki, atam anama deyirdi:

O yer mənlik deyil, orda gərək alış-verişi bacarasan, mənimki quru məmurluqdu, vəssalam...(Bəlkə atamduru məmurluqdeyirmiş, sadəcə o zaman anlamamışdım!).

Doğru sözümdür, o zamanlar mən bacı-qardaşlarım atamızın necə böyük birməmurolmasının fərqinə varmırdıq. (Əslində o dövrdə şəhər sovetinin sədri vəzifəsiyağlısayılmasa da, statusuna göra konserv zavodunun direktorluğundan daha böyük idi!). Biz hamı kimi məktəbə gedib-gəlirdik; birimiz anamızın demək olar ki, hər gün ütülədiyi pioner qalstukunu səliqə ilə taxır, birimiz komsomol biletini cibimizdə fəxarət hissiylə gəzdirir, birimiz dərs oxuyur, çalışırdıq; mən tələbə olanda da atamın hansı vəzifədə olmasının fərqində olmamışam, bunu hiss eləməmiş büruzə verməmişəm. Açığı o zaman da atasının hesabına cürbəcürJiqulimaşınlarında gəzən qudurğan tələbələr vardı! O zaman da pula, var-dövlətə Allah kimi baxıb cızığından çıxan vəzifə sahibləri, məmurlar var idi! Belələri çox da uzağa gedə bilməzdi, necə deyərlər, əvvəl-axırdərisinə saman təpərdilər”.  Atam həmişə deyərdi ki, suyu da gərək üfürə-üfürə içəsən, onda başın da, ailən , qohum-əqrəban da salamat olar. Yox, o, qorxaq adam olmayıb! O, sadəcə abırlı adam idi! Onu ilk vaxtlar başa düşməsəm , sonradan bildim ki, atam düzgün yol seçibmiş; bunu da bildim ki, sən demə, atamböyük vəzifə sahibi, nüfuzlu məmur olubmuş”. mən indi onun xeyirxah əməlləri vicdanlı peşəkar məmur fəaliyyəti barədə eşidəndə qürur duyuram.

Tarixin müxtəlif dövr mərhələlərində ictimai-siyasi dövlət quruculuğu proseslərinə ötəri olsa nəzər salsaq, görərik ki, bizdə çox gözəl məmurluq ənənələri olub var; bu ənənəyə sədaqət bir mədəniyyətdir; tanıdığım onlarla sağlam əqidəli  məmurumuz var ki, məhz belə bir ənənəyə sədaqət göstərməklə həm ruh, həm dövlət üçün faydalı hesab olunmalıdırlar. Yazdıqlarımda subyektivlik var, hər halda, bunların səmimi  fikirlər kimi qəbul olunmasını istərdim.

İnsan həyatı süzülə-süzülə durulur o, tədricən başlayır ətrafda baş verən prosesləri daha aydın görməyə. Məmurluq da belədir, təzə başlayanda təcrübəsiz olursan, etməli olduğun aydın olsa da, necə etməli olduğunu bilmirsən; bu prosesdə kimi öyrənir, təkmilləşir, yetkinləşir, kimi öyrənmir, ya da öyrənməyə gücü çatmır beləcə məmurluq onun üçün qaranlıq meşə kimi qalır. Mən qəti o fikirdə deyiləm ki, “bir çox məmurlar uğursuz pedaqoqlar, jurnalistlər, alimlərdir s...” Belə düşünənlərə bildirmək istəyirəm ki, məmur olmaq üçün gərək ilk növbədə mədəni insan olasan, için , çölün bir-birini tamamlasın. Elə bu da peşəkarlıq mədəniyyətindən doğur. Təəssüf ki, indi belə məmurlarımız çox azdır.

Bu yaxınlarda dağ rayonlarının birinə getmişdim; yazıçı dostlarımdan biri məni həmin rayonun icra başçısına təqdim elədi. Başçı məndən yaşca xeyli cavan olsa da, heç tükünü belə tərpətmədi, üz-gözünü turşudub onsuz dadağın başındaolan bədənini yellədə-yellədə kabinetinə girdi. Düzü hər ikimiz pərt olduq, sonradan rayon ziyalıları bizə dedilər ki, onun xasiyyəti belədir. Bura başçı gələndən girir kabinetə, heç kimlə təmas qurmur. Xeyrə-şərə yaramaz adamdır. Camaatdan qaçır, bütün günü kabinetdə oturur. Yazıçı dostum dedi ki, bu, hələ qonşu rayonun icra başçısının yanında toya getməlidir; o biri işə gələndə heç öz işçilərinin salamına cavab vermir. “Elə bilir üz-gözünü turşutmaq, qaşqabaq sallamaq, böyür-başında üç-dörd cangüdən gəzdirmək məmurluğun əsas göstəricisidir! Bunlar xalqdan uzaq düşdükcə xalqın etimadını itirirlər. Elə belələrinin uşaqları da bahalı maşınlarını saytlarda nümayiş etdirir, qudurğan hərəkətlərə yol verirlər”.

Belə hallar təəssüf ki, çox tez-tez baş verir, hər bir fəaliyyət sahəsində olur; məmura etimad göstərilir, səlahiyyət verilir, böyük vəzifə tapşırılır, di gəl, bir neçə aydan, ya da ildən sonra başlayır harınlamağa, hələ üstəlik övladları da qudurğan hərəkətlər edir. Nəticədə narazılıq yaranır, vətəndaşın haqqı tapdalanır, arzuolunmaz hadisələr baş verir. Mənim məqsədim Azərbaycan məmurunun gündəlik həyat mədəniyyətini araşdırmaq deyil; uzun illərin təcrübəsinə, yazıçı müşahidələrimə, üstəgəl təhsil səviyyəmə əsaslanaraq deyə bilərəm ki, bizdəsevimli məmurolmaq problemi var! Bizim müasir vətəndaşımız hər gün üzləşdiyi, təmas qurduğu sosial müdafiə məmurundan tutmuş ta yuxarı orqanlarda çalışan məmura qədər hər birinin simasını keyfiyyətcə daha mükəmməl görmək arzusundadır!

Yeri gəlmişkən: belə bir Beynəlxalq Təşkilat varMunisipial İnzibatçıların Beynəlxalq Assosiasiyası. Bu təşkilat dövlət məmurları üçün beş əsas prinsipdən ibarət əxlaqi kodeks hazırlayıb; qısaca desək, dövlət məmuru ilk növbədə vicdanlı, namuslu qeyd-şərtsiz qanuna uyğun hərəkət etməlidir, ikincisi, münaqişəli situasiyaların həllinə düzgün yanaşma tapmağı bacarmalıdır, üçüncüsü, xidməti vəzifəsini təmsil etdiyi idarənin prosedur normalarını vicdanla yerinə yetirməlidir, dördüncüsü, dövlət munisipial siyasətinin müəyyən edilməsində kifayət qədər səriştəsi olmalıdır, sonuncusu da,  kompromis əldə etməyi bacarmalı, ictimaiyyətə, topluma qarşı saymazyana hərəkətlərə yol verməməlidir.

Məmurun davranış mədəniyyətinin, onun xarici görkəmindən tutmuş nitq yazı səliqəsinədək  çox böyük maraq doğurması sirr deyil; bu cəhətlərin  harmonik inkişafı cəmiyyəti , həyatı da eyni dərəcədə sevimli rahat edir. Davranış rəftar mədəniyyəti, əxlaqi-mənəvi mədəniyyət bu sistemdən olan digər mədəniyyət növləriidarəetmə mədəniyyəti, siyasi mədəniyyət, etiket, protokol mədəniyyəti, dil mədəniyyəti sair ilaxır, məmurlarımızın demək olar ki, hər gün, hər saat üzləşə biləcəyi elementlərdir. Mənə elə gəlir ki, biz belə məsələləri uşaqlarımıza erkən yaşlarından öyrətməliyik, dərsliklərimizdə bunlara da yer ayırmalıyıq. Yeri gəlmişkən bir haşiyə: çox təəssüf hissiylə qeyd edirəm ki, Azərbaycan dilinin tədrisi üzrə bizim orta ümumtəhsil məktəblərimizdə vəziyyət ürəkaçan deyil. Tələbə qəbulu üzrə keçirilən test sınaq imtahanlarındakı nəticələrin təhlili, habelə bizim balaca yeniyetmə vətəndaşlarımızın nitq danışıq, yazı prosesində müşahidə olunan səhvlər sübut edir ki, gələcək nəsil hesab elədiyimiz balaca vətəndaşlar, yeniyetmələr yazılı şifahi nitq mədəniyyətinə yetərincə yiyələnə bilmir, müxtəlif situasiya ünsiyyət şəraitlərində Azərbaycan dilinin norma qaydalarına düzgün əməl etmirlər. Onların tələffüz, leksik üslub problemləri meydana çıxır, çox vaxt qrammatik qaydalara riayət olunmur, nitq mədəniyyəti, etiket qaydaları tez-tez pozulur, öz fikirlərini dəqiq təsirli ifadə etməkdə çətinlik çəkirlər. Şagirdlərimiz, məzunlarımız (əksər hallarda!) həddən artıq kobud üslub səhvləri buraxırlar, danışıq mədəniyyətini başa düşməkdə çətinliklərlə üzləşməli olurlar. Çox vaxt adi nəzakət qaydalarını belə unudurlar, ya da ifadə edə bilmirlər.

Bu yaxınlarda mən orta məktəblərin birində oldum; direktor məktəbin məzunlarından fəxarətlə danışır, ali məktəblərə hər il qəbul olunan məzunları ilə öyünürdü. O, mənə son iyirmi ildə məktəbi bitirmiş 10-11-ci sinif məzunlarının siniflər üzrə kollektiv şəkillərini göstərdi; hər albomdan təxminən otuz məzun onların müəllimlərinin şəkilləri baxırdı: içi müəllim direktor qarışıq demək olar ki, bütün məzunların üz-gözündən zəhrimar yağırdı, bir, ya iki nəfərdən başqa şəkildə hamı ciddi, qaşqabaqlı işgüzar görkəmdə idi. Təbəssüm, gülər üz  demək olar ki, görmədim. Zarafata salıb direktora dedim ki, bunlar şəkildə elə düşüblər ki, sanki hüzr yerinə, yaxud dəfnə getməyə hazırlaşırlar. Noolub, xəbərdir?! Axı gülümsəmək bir mədəniyyətdir!

İlk baxışdan adi görünən bizim çox vaxt diqqət yetirmədiyimiz bu məsələ insanın ümumi mədəniyyətinin tərkib hissəsidir nəzərə alsaq ki, biz mədəni insanı məhz orta məktəbdə yetişdiririk bu adam sonradan müxtəlif sahələrdə işləyəcək, (həm məmur olacaq!) prosesdə Azərbaycan dilinin, Ədəbiyyatın tədrisinin bilavasitə mühüm rolunu, dərsliklərlə bağlı problemlərin zəncirvari əlaqələrini görərik. Azərbaycan dilini təkcə imtahan sınaq testləri xətrinə öyrənmək olmaz, bu, mədəniyyətə, həyat tərzinə çevrilməlidir.

Sözümün canı da budur ki, məmur həm ana dilini gözəl bilməli, bu dildə qüsursuz danışmalıdır; axı dövlət məmuru bir çoxlarının düşündüyü kimi təkcə mütəxəssis deyil! O, təkcə işçi ya icraçı da deyil! Bu adam dövlətin, hökumətin simasıdır, bu adam hökumət dövlət adından danışır, yeri gələndə onu təmsil edir. Bu adam dövlətin xalqın marağından çıxış edir. Bu məmur hər birimizin marağının müdafiəçisi ifadəçisidir. Bu gün ola bilsin ki, hamı belə düşünmür; hətta bu təsəvvürlər çərçivəsində belə məmurun zahiri xarakteristikasından çox şey asılıdır. Bu mənada məmur davranışı, nitqi, xarici görkəmi, onun insanlara münasibəti, işə münasibəti s. onun şəxsi nüfuzunu hörmətini müəyyən edir. Bu, xırda məsələ deyil, bütün səviyyədəyuxarı, orta aşağı məmur təbəqəsi üçün çox önəmlidir.

Hərdən düşünürəm ki, görəsən nədənməmuranlayışına bu qədər antipatiya yaranıb? Adamların əksəriyyəti görəsən səbəbəməmursözünə pis baxır? Qeyd edim ki, bu, etik məsələdir. Antipatiya da, simpatiya da bütövlükdə məmurun davranış rəftarının, adamlar arasında, kollektivdə, məişətdə özünü necə aparmasının nəticəsidir. Əlbəttə, məmur dedikdə onun cəmiyyətdəki davranış rəftarının zahiri təzahürləri ilə yanaşı, bu təzahürlərin  mahiyyətini nəzərə almaq lazımdır; mahiyyət isə bundadır ki, davranış peşəkarlıq mədəniyyəti daxili əqidəyə, daxili mənəvi dəyərə, daxili mədəniyyətə çevrilsin. Sünilik hüsn-rəğbət yaratmır, məftunluq heyranlıq yaratmır, əksinə, hər zaman antipatiya yaradır, ikrah  hissi oyadır.

Əxlaqi mədəniyyət, davranış, etiket, həyat tərzi, məişət mədəniyyəti... bunlar məmurun gündəlik həyat mədəniyyətinin tərkib hissələridir. Bunlar təkcə ictimai-siyasi həyatda məmurun dövlət idarəçiliyində, inzibatçılıqda uğurlu peşəkar fəaliyyətinin göstəriciləri deyil, həm iqtisadi, sosial, mədəni sahələrdəki fəaliyyətində mühüm şərtlərdir.

Hər bir idarənin, təşkilat müəssisənin, hətta sənətin özünə xas olan xüsusiyyətləri var; bu xüsusiyyətlər peşəkar fəaliyyət zamanı xidməti situasiyalarda meydana çıxır, işgüzar münasibətlərdə qəflətən özünü göstərə, mühitə ətrafdakı havaya uyğun davranış normalarını diktə edə bilər. Bütün bunlar dövlət qulluğundakı məmur fəaliyyətinə aiddir.         Dövlət məmurunun mənəvi mədəniyyəti cəmiyyətin ümumi mədəni səviyyəsi ilə şərtlənir, onun fəaliyyət sahəsi ilə . Əxlaq normalarından fərqli olaraq etiket qaydaları bir qədər konkretdir- onları gərək biləsən onlara riayət edəsən. Bunlar müəyyən vərdişlər tələb edir. Etiket əslində insanlar arasında münasibət təmaslarda nəzakətli davranış qaydalarıdır. O yerdə ki, etiket qəbul olunur, orda etiket fəaliyyət göstərir, çünki etiketin dili bütün ordakı insanlar üçün aydın olmalıdır;

Avropa ölkələrində yaxşı maneralar institutları mövcuddur; bu institutlar müxtəlif səviyyədə, xüsusilə işgüzar münasibətlərdə insanın təmas qurmaq, ünsiyyət yaratmağının optimal model kodifikasiyasını hazırlayırlar. Burda nəinki bütün səviyyədən olan insanların etiketi, onların geyim mədəniyyətindən tutmuş ta gözəl yazmaq, gözəl danışmaq mədəniyyətinə qədər bütün elementlər öyrənilir. Mədəni adamı mədəniyyətsiz adamdan fərqləndirən ilk növbədə onun dili, üslubu danışıq manerasıdır. Bu keyfiyyətlər isə dövlət məmuru üçün daha vacibdir. Bunu üçün bir daha xatırladıram? Mən uzun müddət beynəlxalq təşkilatlarda çalışmışam, müxtəlif millətlərin nümayəndələri, məmurları, adamları ilə təmasda olmuşam, onları bizim yuxarı aşağı dövlət məmurları ilə görüşlərdə müşayiət etmişəm. Təəssüratlarım zəngin, qarışıq, ürəkaçan, bəzən isə ağrılı olub. Lap bu yaxında xarici ölkələrin birindən qonağım gəlmişdi, ziyalı bir adam idi, onu bir təşkilatda mötəbər post tutan bir məmurla görüşdürəndə (halbuki həmin məmur özü xahiş elədi ki, qonağı onunla tanış edim!) qonaq əl uzadıb özünü təqdim elədi, adını dedi, bizimki isə heç adını demədi, gülümsəmədi, dodaqlarını belə tərpətmədi, əvəzində isə guya harasa tələsdiyini deyib aralandı. Qonaq belə bir post tutan adamın nəzakətsizliyini görəndə çox təəccüb elədi sonda güldü.

Bir məsələni qeyd etməyi lazım bilirəm: məmur, onun davranış hərəkətləri həmişə göz qabağındadır, ictimai nəzarətdədir. Lakin faktiki olaraq ayrıca götürülmüş bir məmurun vicdanlı dürüst adam olmasını yoxlamaq mümkün deyil. Lakin kütləvi informasiya vasitələrinin həmin məmurların neqativ xüsusiyyətlərini dərhal yaymaq imkanları var beynəlxalq təcrübə göstərir ki, bu, peşəkar jurnalistlərin gözlərindən qaçmır, nəticədə belə informasiyalar sürətlə yayılır. Buna görə göz qabağında olan məmurlar hər hansı bir görüşdə, iclas müşavirədə, ya da televiziya ekranlarında peşəkar fəaliyyəti ilə bağlı çıxış edərkən ehtiyatlı diqqətli olmalıdırlar; əlbəttə, burda söhbət mənəviyyatın xarici aspektlərindən, real davranış formalarından gedir. Məmurun etiketi işgüzar protokolu hansı səviyyədə bilməsi onun hörmət hüsn-rəğbətlə qəbul edilib-edilməməsini şərtləndirir.

Hər bir konkret məmur konkret cəmiyyətin ayrılmaz üzvüdür; bunu bilmək təkcə məmur üçün yox, bütün vətəndaşlar üçün vacibdir. Təmas qurmaq ədəbi, davranış rəftarın xarakteri bizim hər birimizin həyatında dərin iz buraxır həyatımızın yaxşı, yaxud pis keçməsində mühüm rol oynayır. Adicə salam verib-almaq, görüşmək, tanış olmaq, bir-birinə müraciət etmək, qonaq qəbul etmək, qonaq yola salmaq, iclasda, görüşdə, televiziya radioda çıxış eləmək, geyimdə-keçimdə, yeməkdə, küçədə, maşında... bir sözlə, hər yerdə Vətəndaş Məmur bir Simadır. Bu, təkcə onun öz siması deyil, bu təmsil etdiyi dövlətin, ölkənin, hökumətin, millətin, xalqın, təşkilatın ailənin simasıdır. düşünürəm ki, elə bir gün gələcək ki, “Sənin sevimli məmurun kimdir?” müsabiqəsi keçiriləcək, o müsabiqənin qaliblərinə isə böyük mükafatlar veriləcək.

 





21.07.2014    çap et  çap et