525.Az

Daxili Qoşunların çavuşu intihar edib


 

Daxili Qoşunların çavuşu intihar edib<b style="color:red"></b>

Azərbaycan Daxili Qoşunlarının hərbçisi özünü öldürüb.

APA-nın məlumatına görə, hadisə Sumqayıtda baş verib.

Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət edən, baş çavuş, 22 yaşlı Tural Hümbət oğlu Məmmədov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


 

 





02.11.2012    çap et  çap et