525.Az

Sabilər kim olub?


 

Sabilər kim olub?<b style="color:red"></b>

Onlar ulduzu gördükləri zaman çox böyük sevinclə şadlandılar.    

 

(İncil. Matta II)


Qurani
Kərimin üç ayəsində xristianlar, yəhudilər digər iman əhli ilə yanaşı sabilər anılır.

 

İman gətirənlərin, yəhudilərin, xristianların, sabilərin Allaha, axirət gününə inananların, xeyirxah görənlərin mükafatı Tanrının yanındadır. Onlara qorxu üz verəməz onlar kədərlənməzlər” (əl-Baqara, 62)

 

Əl-Maidə (69-cu ayə) əl-Həcc (17-ci ayə) surələrində sabilərin adı yəhudilər xristianlarla yanaşı anılır, yəni onlar da kitab əhli sayılır. “Sabiərəbcəbir dini tərk edib başqa bir dinə qoşulan adamanlamına gəlir. Təsadüfi deyil ki, İslam yaranarkən, müşriklər onların bütpərəst dinini tərk etmiş bəzi müsəlmanları, eləcə Məhəmməd peyğəmbərin özünüsabiadlandırmışlar.

 

Bəzi müəlliflərə görə, “sabisözü yəhudi mənşəli olubvəftiz edənmənasını verir. Ərəb dilindəkisabisözü yəhudi mənşəli sözün sonuncuaynhərfinin düşməsi ilə yaranıb. Ona görə , Quranda zikr olunan sabilərin açıq bir şəkildə məndailərvəftiz edən Yəhyanın ardınca gedən möminlər olduğunu bildirirlər. Məndailar öz ayinlərinin əsasında vəftizixaç suyuna çəkilməni götürüb yəhudilikdən qopmuş bir firqədir. İ.Y.Kraçkovski onların xaç suyuna çəkməklə tanınmış xüsusi bir firqə olduğunu bildirir. Bəzən məndailiyin sabiliyin inkişafının son mərhələsi olduğu bildirilir. Sabilər Yəhya peyğəmbəri özlərinin peyğəmbəri xilaskarı saymış, Allah Təalanın bu peyğəmbəri məhz onlara bir elçi kimi göndərməsinə inanmışlar.

 

Sabilik adı ilə tanınmış dini cərəyan geniş bir coğrafi məkanı əhatə etmiş, Misir ehramlarından tutmuş Beytül-Müqəddəsədək bir sıra məbədgahlar sabilərin adı ilə əlaqələndirilmişdir. Onların çeşidli məzhəb qollara ayrılmasını bu məzhəblər içərisində bəsit bütpərəstlikdən tutmuş mükəmməl dini təlimlə silahlanmış dini cərəyanlara, mistik təmayüllü təriqətlərə, tövhidə nübüvvətə meylli qollaradək müxtəlif istiqamətlərin olmasını qeyd edib, araşdırmağa çalışdığımız mövzunun qədər ziddiyyətli mürəkkəb olmasına nəzər-diqqəti cəlb etmək istərdik.

 

Orta əsr müəlliflərinin sabiliklə bağlı fikirlərinin dolaşıq ziddiyyətli olmasını nəzərə çatdırmaq üçün məşhur Quran təfsirlərindən birinə müraciət edib yuxarıda adı çəkilən ayələrdən birinin şərhini vermək kifayətdir. Əbul-Fida ibn Kəsirin Bəqərə surəsinin 62-ci ayəsindəkisabilərbarədə şərhinə müraciət edək:

 

Sabilər məcuslar, yəhudilər nəsranilər arasında öz dini olmayan bir qövmdür.

 

Sabilər kitab əhli arasında ayrıca bir firqədir. Onlar Zəburu oxuyurlar.

 

Onlar qurbanlar kəsər nigaha girərlər.

 

Sabilər məcuslar kimi bir qövmdür.

 

Onlar mələklərə ibadət edirlər.

 

Onlar qibləyə üz tutub beş dəfə namaz qılırlar.

 

Sabilər İraq tərəfdə olan bir qövmdür. Onlar bütün peyğəmbərlərə inanır, hər il 30 gün oruc tutur, üzlərini sağ tərəfə tutub gündə beş dəfə namaz qılırlar.

 

Sabilərin işini ancaq Allah bilir. Onların əməl etdikləri şəriətləri yoxdur. Küfr işlətdikləri bəlli deyil.

 

Sabilər Mosulda yaşayan din əhlidir. Onlar iləhə illəllahdeyərlər. Bundan savayı onların bir əməli, kitabı, peyğəmbəri var.

 

Sabilər dinləri xristianların dininə bənzəyən bir qövmdür. Onların qibləsi cənuba tərəfdir. Onlar Nuh peyğəmbərin ümməti olduqlarını iddia edirlər.

 

Sabilər yəhudilər məcuslar arasında dayanan bir dinin əhlidirlər. Onlar qurban əti yeməz qadınlarla kəbin kəsməzlər.

 

Onlar tövhid əhlidirlər. Bununla belə ulduzların təsirinə inanırlar.

 

Sabilər ulduzlara ibadət edər buna belə bir məna verərlər ki, Allah ulduzları ibadət dua üçün qiblə etmişdir bu dünyanın işlərini onlara tapşırmışdır.

 

Sabilər yəhudi,  nəsrani məcuslardan, müşriklərdən olmayan ayrıca bir qövmdür. Onlar ayrıca bir ümmət olub heç bir dinin ardınca getməzlər. Ona görə , müşriklər müsəlmanları mövcud dinlərin heç birinə tapınmayıb təzə din əhli olduqları üçün sabi adlandırmışlar.

 

Bəzi alimlər peyğəmbərin(ə) dəvətinin sabilərə gedib çatmadığını bildirirlər.

 

Heç hamısı düzgün, etibarlı xəbər kimi qəbul edilə bilməyən bu çoxsaylı mülahizələr içərisində islamaqədərki ərəb cəmiyyətinin reallıqlarına müvafiq sabilərin ulduzlara tapınan bir ümmət olmasını onların ata-babalarının dinindən üz döndərməsini xüsusi vurğulamağı lazım bilirik.

 

Səma cisimlərinin müqəddəsləşdirilməsi bəşəriyyətin ən əski inanclarından olub müxtəlif coğrafi məkanlarda, tam fərqli sivilizasiyalara malik insanlar arasında özünə yer etmişdir. Məhz ulduzlara sitayiş kimi ana xətti sabiliyin əsasında götürüb onun müxtəlif yerlərdə, müxtəlif xalqlar arasında yayılmasını izah etmək mümkündür.

 

Yəqin ki, heç bir yerdə göy cisimləri səhralardakı kimi açıq, aydın müşahidə olunmur. Gündüzlər günəşin yandırıcı şüalarından əziyyət çəkən bədəvi ərəb gecələr sayrışan ulduzlarda, sirlərlə dolu Ayda ayrıca bir məna görürdü. O,  ulduzlara baxıb ucsuz-bucaqsız səhralarda hərəkət edir, onların köməyi ilə azmaqdan xilas olur. Ərəb üçün həyati əhəmiyyəti olan, daim arzuolunan, həsrəti çəkilən yağış da göylərdən gəlir. Belə olan təqdirdə islamaqədərki bədəvi ərəbin əsrarəngiz göy cisimlərinə ibadət edib onlardan kömək umması təbiidir. Bütpərəst ərəblərin panteonunda bir sıra mühüm bütlərin səma cisimləri ilə əlaqələndirilməsinin şahidi oluruq. Qurani-Kərimdə h.Nuhun qövmünün tapındığı bütlər içərisində qeyd olunan Vədd Ay allahıdır. (Nuh 23) Bənu Təmim qəbiləsinin Günəşə tapınmasına, ümumiyyətlə isə qədim ərəblər arasında Sürəyya ulduzuna, Aya, Siriusa ibadətin mövcudluğuna dair xəbərlər vardır. Xüsusilə, qədim Yəməndə göy cisimlərinə ibadət geniş yer almışdır. Digər ərazilərlə müqayisədə oturaq həyatın əkinçiliyin üstünlük təşkil etdiyi Yəməndə günəş allahına, onun Zət Himyam (yandıran) Zət Bədən (uzaqda olan) Zət Zəhran (günorta qızmarı) s. kimi ipostaslarına ibadət günəşin rəmzi ifadələrinin yaranmasına, məbədgahlar qurulmasına, bütlər yonulmasına gətirib çıxarmışdır.

 

Artıq IV əsrdə Yəməndə Günəşin, Ayın ulduzların şərəfinə qurbanlar kəsilməsi barədə tarixi məlumatlar vardır. Ayrı-ayrı göy cisimlərinə sitayişin ümumiyyətlə, digər sami xalqlarının da dini təsəvvürlərində geniş yer tutduğunu görürük. Məsələn, Günəş allahının Mesopatomiyada Şəms, Misirdə Ra kimi tanınması məlumdur. Digər tərəfdən, bu ya digər göy cisminə sitayişin zaman-zaman bir panteonda sıx əlaqələrlə birləşməsi müşahidə olunmaqdadır. Aya, Günəşə Zöhrə ulduzuna ibadət üçlük təşkil etmişdir. Bu üçlükdə Ay kişi, Günəş isə qadın başlanğıcını bildirir. Ay tanrısını səbalılar əl-Manat, məinlilər isə Vadd adlandırırdılar. Günəş allahı Zat Himyam adlanır. Zöhrə-Venera isə onların oğlu sayılır Astar adlanır.

 

Ayrıca bir dini cərəyan kimi formalaşmış sabiliyin əsasında göy cisimlərinə ibadət dayandığından onların təlimləri Ərəbistan yarımadasında özünə münbit zəmin tapa bilmişdir.

 

Sabiliyin ilkin vətəninin qədim xalqey (kəldani) sivilizasiyasının beşiyi sayılan Hərran olduğu söylənilir. Hərranda göy cisimlərinə sitayişin geniş yayılmasına Qurani-Kərimdə işarə edilib. İbrahim peyğəmbərin tanrı axtarışları, onun ulduza, aya, günəşə ibadət edib sonra vahid olan Allah-Təalaya iman gətirməsi əslində astral allahlara sitayişdən tövhidə doğru yönəlmiş bir təkamülü göstərir: Göy cismlərinin müqəddəsləşdirilməsindən monotezmə doğru təkamülü biz sabilərin dini təsəvvürlərində görürük.

 

Əgər sabiliyin ulduzlara ibadətdən ibarət bir din olduğunu qəbul etsək, sözsüz ki, o tarix boyu bəşəriyyətə məlum olan ən qədim dindir. Zaman-zaman sabilər məbədlər yapıb onları göydəki ulduzların adı ilə adlandırırlar. Bu məbədlərin ortasında heykəllər qurur, onların ən uca yerlərinə rəmzlər hörürdülər. Sonrakı inkişaf prosesində sabilər vəftiz edən Yəhyanın özlərinin gözlədikləri peyğəmbər olduğuna inanır, ona təzim edir bu təlimlərin Yəhyaya (a) aid olduğunu bildirir inanırlar ki, Yəhya yeni bir peyğəmbər olmaqla bəşər şəklində yalnız onlara bir tanrı elçisi olaraq göndərilib.

 

Qeyd etmək lazımdır ki, sabilərin ulduzların müqəddəsləşdirilməsi kimi bəsit bir etiqadı zaman-zaman dərin mistik təfəkkürlə zənginləşmiş, onların məbədgahlarında müxtəlif elmlərin öyrənilməsində, xüsusilə qeybə dair biliklərə yiyələnmə yolunda uğurlar qazanılmışdır. Hər bir mistik cərəyan kimi sabilərin öz gizli təlimləri, doktrinaları olmuşdur. Təsadüfi deyil ki, onların adı okkult elmlərin banilərindən sayılan Üçqat əzəmət sahibi Hermes Müsəlləslə, eləcə çox zaman Hermeslə eyniləşdirilən, Allah-Təalanın uca bir məkana qaldırıb qeybin sirlərini açdığı İdris peyğəmbərlə, bəzən yunan mifololgiyasındakı Orfeylə əlaqələndirilir. İbn ən-Nədim bildirir ki, sabilər öz elmlərini Platonun ulu babasından əxz etdiklərini iddia etmişlər. Onlar saçlarını uzadır, xüsusi əba geyinib toplumdan fərqlənməyə çalışırdılar. Bəzi sabi məbədlərinin divarlarında Platonun hikmətli fikirləri yazılmışdır.

 

Sabilər öz sirlərini gizli saxlayıb heç kəsə bildirmədiklərindən, onların kimliyi alimlər tarixçilər arasında müxtəlif fikirlər doğurmuşdur. Əsil sirlər isə sabi möminlərin qəlblərində hifz olunmuşdur. Əgər sirləri camaata agah olarsa, işlərinin zay olacağından qorxan möminlər bildiklərini aşkar etməzdilər. Onlar digər icmalardan yan gəzib özlərinə qapanar, öz dini ayinlərini icra edib özlərinə məlum bir tərzdə bir-biri ilə danışırdılar. Onlar kənar şəxsləri öz icmalarına daxil etməz, başqa dinlərin nümayəndələri ilə nigaha girməzdilər. Hətta başqaları ilə birgə yemək yeməzdilər.

 

Bəzi məşhur məbədlərin yaradılmasında da sabilərin rolu olduğu bildirilir. Şəmsəddin DəməşqiNuxbətud-dəhrəsərində bu barədə yazır: “Ən qədim tikililərdən biri Misirdəki ehramlardır, (Allah-təala Misiri digər müsəlman ölkələrini qorusun). Oradakı bir çox ehramlar içərisində Cizədəki iki ehram ən böyüyüdür. Tarix əhli onların tufandan əvvəl tikildiyini bildirir... Bəzən onları Üçqat əzəmət sahibi Hermesin tikdiyi söylənilir. O isə ibranicə Yenox adlanan İdrisdir. Onun bu ehramları tikməyinin səbəbi o olub ki, İdris onların vasitəsilə ulduzların vəziyyətinin tufan hadisəsinə səbəb olacağını bildirmək istəmişdir. Ehramların daşları arasında heç bir sıvaq yoxdur. Ancaq daşlar arasına baxarkən sanki orada parça döşənmiş kimi görsənir. Ehramların daşlarla hörülmüş qapıları vardır. Hər qapı yeddi otağa aparır. Hər bir otaq göydəki yeddi səyyarənin adı ilə adlanır. Sabilər iddia edirlər ki, bu ehramlardan biri Aziimunun, yəni peyğəmbər Şis əleyhissəlamın qəbridir. İkinci ehram isə Hermesin qəbridir ki, sabilər özlərinin ona mənsub olduqlarını iddia edirlər. Onlar bu ehrama həcc ziyarətinə gedir orada xoruz qurban kəsirlər. Sabilər bu xoruz can verib çabalayarkən qeybə dair sirlərin onlara agah olduğunu bildirirlər”.

 

Göründüyü kimi, XIV əsr müsəlman aliminin əsərində sabilərin adı gizli elmlər, Hermes İdris, sirlərlə dolu Misir ehramları ilə əlaqələndirilir, mistik yönümlü bu cərəyanın bəzi ayinrləri (həcc ziyarəti, qurban kəsmə s.) olması da anlaşılır. Onlar xoruzla yanaşı, qara öküzü Günəşin rəmzi sayır, qurbankəsmə mərasimlərində öküzün can vermə zamanı çabalamasına müvafiq öncəgörmələr söyləyirdilər. Görünür sabilər canvermə anını iki aləm arasında xüsusi bir mərhələ sanıb qurban kəsilən heyvanlardan vasitəçi kimi istifadə etmişlər.

 

Öz dini etiqadlarını mistik yönümlü biliklərlə zənginləşdirən, qeybə dair sirlərə vaqif olmağın yollarını tapmaq iddiasında olan sabilərin ulduzlara ibadəti sadəcə göy cisimlərinin müqəddəsləşdirilməsi olmayıb, bu cisimlərə ilahi, ruhani mahiyyət verməkdən doğurdu. Əslində sabilər ulduzlara, planetlərə deyil, bu səmavi cisimlərdə bərqərar olmuş ruhani qüvvələrə, mələklərə ibadət edirdilər. Digər tərəfdən, elm aləmində onların ulduzlarla planetlər arasında fərq qoyması, ulduzları deyil, məhz planetləri ruhani varlıqların məskəni sayması planetlərin şərəfinə tikilmiş məbədlərdə  məhz ruhani qüvvələrəmələklərə ibadət etməsi söylənilməkdədir.

 

Hər halda sabilər hakim, müqəddəs, cəlal əzəmətinə çatılması imkansız, fəqət ruhlar vasitəsilə yaxınlaşmaq mümkün olan bir Yaradıcıya inanırdılar. Məhz buna görə , onların məbədləri yalnız səma cisimləri ilə əlaqələndirilməmişdir. MəsudininMurücüz-zəhəbində onların məbədləri sırasında əl-İllətul-ulə (ilkin səbəbkar) məbədinin adı birinrci çəkilir. Sonra müəllif Hərran sabilərinin Heykəlul-aqli (əql məbədi), Heykəlus-surət (surət məbədi), Heykəlun-nəfsi (can məbədi) kimi dairəvi binalar şəklində məbədgahları olduğunu bildirir. Sonra altıbucaqlı heykəluz-zuhəl (Saturn məbədi), üçbucaqlı heykəlul-muştəri (Yupiter məbədi), uzunsov heykəlul-mirrix (Mars məbədi), dördbucaqlı heykəluş-şəms (Günəş məbədi), ortası uzunsov, dördkünc olub özü üçbucaq şəkilli heykəlul-Utarid (Merkuri məbədi), ortası dördbucaqlı, özü isə üçbucaqlı heykəlu-zuhrə (Venera məbədi) səkkizbucaqlı heykəlul-qaməri (Ay məbədi) olduğunu yazır. Məsudi təxminən hicri IV əsrin 3- onilliyində vaxtilə İbrahim peyğəmbərin atası Azərin qurmuş olduğu çoxlu sərdabələri bütləri olan məbədgahın da Hərrandə, Bəbur-raqqə adlanan yerdə qalmış olduğunu bildirir.

 

Sabilərin məbədlərində həndəsi fiqurlara meyl, bu fiqurların onların nəzərində xüsusi məna kəsb etməsindən doğur. Bu cəhətdən sabiliklə yəhudi kabbalası arasında bənzərlik görmək olar. Təbii ki, sabilər bu məbədlərdəki bütlərə Uca Tanrıya yaxınlaşmaq üçün bir vasitəçi kimi tapınmış, zaman-zaman onların bir çoxu vəhdaniyyətdən uzaqlaşıb bütpərəstlik bataqlığına yuvarlanmışlar. Hər halda göydəki ulduzlara planetlərə sitayişlə onların dininin ilkin mərhələlərində bu göy cisimlərinin özünün müqəddəsləşdirilməsi deyil, onlarda bərqərar olmuş ruhani qüvvələrə ibadət öndə olmuşdur. Ayrı-ayrı səma cisimlərinə sitayiş edən sabi əslində mələklərə sitayiş etmişdir. Hərran Misir kahinlərinin, eləcə sonradan yəhudi kabbalistləri bəzi xristian mistik cərəyanlarının təlimlərində ayrı-ayrı planetlərin mələklərlə əlaqələndirilməsini görürük: Günəş     Mixail; AyCəbrail; MarsSamail; VeneraAnail; MerkuriRafail; YupiterZaxaril; Saturn    Orifil.

 

İbn XəldununMüqəddiməsində yəhudilərin mübarək məbədi olan Beytül-Müqəddəsin sabilərin adı ilə əlaqələndirilməsini  görürük. Müəllif yazır: “Beytül-Müqəddəsə gəlincə, bu əl-Məscid əl-Əqsadır ki, o ilk vaxtlar sabilik dövründə Veneranın məbədgahı olub. Sabilər ora qurban deyir, məbəd daşının üzərinə yağ tökürdülər. Sonra bu məbədgah itib-batmış müəyyən zamandan sonra Bəny İsrail oranı özlərinə ibadətgah seçmişdir”.

 

ŞəhristaniƏl-Miləl van-nihələsərində sabilik dininin ruhani qüvvələrə, xüsusilə mələklərə inam etiqadla bağlı cəhətlərini qabarıq verir, bu cür inanclarıruhaniyyətadlandırır mələklərə sitayiş edən sabilərlə Tanrının insanlar arasında elçiləri olan peyğəmbərlər vasitəsilə hidayət yolu tapan həniflər arasında müqayisələr aparır. Şəhristani əsərin sabilərlə həniflər arasında bir münaqişə şəklində qələmə aldığı fəslində sabiliyə xas bir sıra səciyyəvi cəhətləri açıqlayır:

 

Sabilər deyir ki, dünyanın bir müdrik yaradıcısı, xəlq edəni vardır ki, biz ona qovuşmağın acizliyini dərk etməliyik. Bu ilahi qüvvəyə ancaq ona yaxın olan vasitəçilərlə çatmaq olar. Bu vasitəçilər ruhani, pak müqəddəs varlıqlardı... Bu varlıqlarla əlaqə yaratmaq üçün nəfsimizi şəhvani pisliklərdən, əxlaqımızı şəhvani qüvvələrin qəzəbin torlarından təmizləməliyik. Ancaq bundan sonra biz ruhani qüvvələrlə əlaqə yaradıb onlardan öz hacətimizi diləyə bilər, onları tanrı ilə özümüz arasında bir şəfaətçi görə bilərik. Bu paklıq təmizlik isə yalnız ciddi-cəhd təmkinlə mümkündür. Ruhani qüvvələrdən kömək diləyərkən diz çöküb  yalvarmaq, dua oxumaq, namaz qılmaq, zəkat vermək, oruc tutmaq, qurbanlar kəsmək ətirli otlar yandırıb tüstüsünü üfürmək lazımdır... Hər bir ruhani qüvvənin öz məbədi vardır. Bu məbəd ulduzlardır. Bu məbədlər Zuhəl, Müştəri, Mərrix, Şəms, Zöhrə, Utarid, Qəmərdir. Mövcudatda baş verən hər bir hadisənin səbəbkarı bu məbədlərdəki ruhani qüvvələrdir. Ruhani qüvvənin ulduzlara münasibəti ruhun cismə münasibəti kimidir... Ruhani qüvvələr yoxdan yaranmışdır. Onlar maddi deyillər onların ilkin materiyası yoxdur. Onlar ayrıca bir tərzdə yaranmış cövhərlərdir. Onların cövhəri zülməti olmayan nurdur. Bu nurun şiddətindən onu hiss duyur, göz görür. Onun lətafətinin hədsizliyindən ağıl çaşbaş qalır, xəyal ona yanaşa bilmir. Onlar nurani, ülvi, lətif qüvvələrdir. Cismani qüvvələr isə qaranlıq, alçaq, bulanıq qüvvələrdir... Maddə, cisim şər fəsad mənbəyidir.

 

Bizim müqəddəs varlığın hüzuruna olan yolumuz aşkardır. Şəriətimiz ağlabatandır. Bizim ulu əcdadlarımız (ilahi varlığa yaxınlaşmaq) istərkən Yer üzündə səmavi məbədlərə müvafiq məbədlər qurdular... onların vasitəsilə ruhaniyyata, bütün varlığın rəbbinə, səbəblərin yaradıcısına yaxınlaşdılar... biz bu yolun əsasını Azimundan Hermesdən əxz etdik.

 

...Siz həniflər isə insanların təəssübünü çəkirsiz. Deyirsiz ki, Allah-Təaladan onlara vəhy risalət nazil olur. Vəhy olan şeydir? Məgər Allah Təalanın insanla danışması caizdirmi? Məgər onun kəlamı bizim danışığımız kimi ola bilərmi? Mələklər göylərdən necə nazil ola bilərlər? Axı onlar cismani məxluq deyillər. Onlar mələk surətindəmi gəlir, yoxsa insan surətinəmi girir? Bu elçilərin bir insan cildində göndərilməsinə dəlil-sübutunuz varmı?... Bəs nazil olan kitab necə? O Uca Xaliqin kəlamıdırmı? Bu kəlam necə təsəvvür ola bilər? Bu ruhani bir kəlamdırmı?”

 

Bu parçada öz təlimlərinin əsasında nübüvvəti müqəddəs kitabları götürən həniflərlə, mələklərə inanıb insan vasitəsilə mövcud ola biləcək risalətə inanmayan sabilərin mübahisələri əks olunub. Maraqlı burasıdır ki, hər iki təlimin əsasında vəhdaniyyətUca Qüdrətli Allaha inam dayanıb. Hər iki cərəyanın adıyəni həmhənif”, həm sabisözləri mövcud etiqadlardan üz döndərib yeni bir din yaratmaq anlamındadır. Ərəbistan yarımadasında daha real, daha praktik dini təlim olan hənifilik daha mücərrəd xəyali təsəvvürlərə əsaslanan sabiliyi üstələmişdir. Bunu ərəblərin əsas məbədgahınınKəbə məscidinin İbrahim peyğəmbərin adı ilə əlaqələndirilməsi sübut edir. Kəbənin bir zamanlar Günəş məbədgahı olması ilə sabiliklə bağlanması fikirləri mövcuddur. Hər bir halda müəyyən bir dövrdə sabiliyin Yaxın Şərqin ruhani aləmində mühüm bir rol oynamasını düşünmək mümkündür.

 

Sabilərin ulduzlara etiqadı həm gələcəyi görmək, olacaqlardan xəbər vermək kimi xüsusiyyət kəsb etmişdir. Görünür, ilk astroloqlar da sabilər olmuşlar. Eləcə ərəblər arasında geniş yayılmış rəmmallığın, yəni qum üzərində xətlər çəkib fal açmağın sabilərə gedib çıxması bildirilir.

 

Bütün bu deyilənlər sabiliyin Yaxın Şərq xalqlarının ruhani, mənəvi aləmində dərin iz buraxmış, vəhdaniyyət dinləri ilə sıx əlaqədə olub, özünəxas müddəalarla çıxış etmiş mühüm bir dini cərəyan olmasını sübut edir.
 





21.07.2014    çap et  çap et