525.Az

Muğam sənəti – milli mədəniyyətimizin şöhrət çələngi


 

Muğam sənəti – milli mədəniyyətimizin şöhrət çələngi <b style="color:red"></b>

Muğam sənəti hələ qədim zamanlardan Azərbaycan xalqının mədəni ənənələrində tarixində dərin köklərə malik olan, ölkənin professional musiqi mədəniyyətinin şifahi irsində mühüm yer tutan incəsənət sahəsidir. Muğam sənətini Azərbaycanın milli mədəni kimlik vəsiqəsi hesab etmək yerinə düşər. Ümumən Şərq musiqisinin ortaq ənənələrini təşkil edən İran dəstgahları, özbək-tacik şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb  nubaları türk təqsimlərini Azərbaycan muğamı ilə qohum adlandırmaq olar. Lakin muğam sənətinin köklərinin Azərbaycana bağlı olması ölkəmizdə bu sənətin daşıyıcılarının sayı, eləcə şair bəstəkarlarımızın, rəssam heykəltəraşlarımızın tükənməz ilham mənbəyi olması, milli mədəniyyətdəki mühüm mövqeyi ilə öz təsdiqini tapır. “Muğamtermini Azərbaycan musiqisində eyni zamanda lad, melodiya janr kateqoriyalarını ifadə edir. Bu termin lad mənasında təxminən yeddi əsrdən bəri mövcuddur. Muğam Azərbaycandakı bütün xalqlar etnik qruplar arasında  populyardır. Muğam sənəti hazırda milli musiqili-poetik incəsənətin əsas sahəsi kimi üç növdəmuğam dəstgahları, kiçikhəcmli muğamlar, zərbi muğamlarda təşəkkül tapıb.

Klassik poeziya janrı olan qəzəl muğamlarda ifa olunan əsas şeir formasıdır. Ancaq qoşmalar, bayatılar başqa şeirlər muğam üstə ifa olunur. Xanəndələr Azərbaycan şairlərindən Nizami, Xaqani, Nəsimi, Xətai, Füzuli, Vaqif, Natəvan, Seyid Əzim, Əliağa Vahid digər söz ustadlarının yığcam əsərlərini ayrı-ayrı muğam şöbə guşələrində səsləndirirlər.

XIX əsrin II yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslərgörkəmli şair musiqiçilər, mədəniyyət hamilərimesenatlar, eləcə zadəganlar muğam məclisləri təşkil edirdilər. Belə muğam məclisləri əksər hallarda əsl musiqi məktəbinə çevrilirdi muğamsevərləri bir yerə toplayırdı. Belə muğam məclislərindən ŞuşadaNəvvabın məclisi”, ŞamaxıdaMahmud ağanın dərnəyi”, Mir Möhsün Nəvvabın məclisi, Xarrat Qulunun məktəbi, Məşədi Məlik Mansurovun salonu, Şamaxı muğam məclislərinin adını çəkə bilərik.

Muğam sənəti XX əsrdə formalaşan Azərbaycan professional bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinə ilham verən tükənməz qaynaqdır. 1908-ci ildə dahi Üzeyir Hacıbəyli Azərbaycanda Şərqdə  ilk opera olanLeyli Məcnunəsərini məhz muğamlar üzərində qurmuşdu. Muğam-opera janrının ardınca simfonik xor muğamları, sonata-muğam, caz-muğam nümunələri yaradıldı böyük uğur qazandı.

Çağdaş Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “ŞüştərHumayun”, köməkçi muğamlar isəŞahnaz”, “Sarənc “2-ci növ Çahargahdır. Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır. Muğam dəstgahları bunlardır: “Rast”, “Mahur-Hindi”, “Orta-mahur”, “Bayatı-qacar”, “Şur”, “Segah”, “Zabul-segah”, “Mirzə Hüseyn segahı”, “Şüştər”, “Çahargah”, “Bayatı-Şiraz”, “Hümayun”.

Azərbaycan muğam sənəti adı tarixə düşmüş görkəmli ifaçılar yetişdirib. Onlardan Mirzə Səttar, Hacı Hüsü, Məşədi İsi, Əbülhəsən xan Azər İqbal, Mirzə Muxtar Məmmədzadə, Cabbar Qaryağdı oğlu, Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid Ağabalaoğlu, Mirtağı Mirbabayev, Məcid Behbudov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Zülfü Adıgözəlov kimi daha parlaq adları qeyd edə bilərik. Keçmişin daha parlaq sazəndələri sırasında tarzənlər Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Məşədi Zeynal Haqverdiyev, Mirzə Mansur Mansurov, Qurban Pirimov, Bakıxanov qardaşları, Paşa Əliyev, Firuz Əlizadə, kamançaçılar İsmayıl Talışinski, Qılman Salahov, qarmonda ifaçı Abutalıb Yusifov, Kəmrabəyim, Əhəd Əliyev, Kərbəlayi Lətif, Teyyub Dəmirov, zurnaçı Əli Kərimov daha çox şöhrət qazanıblar.

Sovet dövründə muğam sənətini xanəndələr Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev, Həqiqət Rzayeva, Yavər Kələntərli, Zəhra Rəhimova, Cahan Talışinskaya, Fatma Mehrəliyeva, Rübabə Muradova, Şövkət Ələkbərova, Töhfə Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, tarzənlər Əhsən Dadaşov, Bəhram Mansurov, Baba Salahov, Kamil Əhmədov, Hacı Məmmədov, Həbib Bayramov, Məmmədağa Muradov, Əmirulla Məmmədbəyli, Xosrov Məlikov, Adil Gəray, Ənvər Mansurov, kamançaçılar Qılman Salahov, Tələt Bakıxanov, Elman Bədəlov, Ədalət Vəzirov, qarmonçular Lətif Əliyev, Abutalıb Yusifov, Əhəd Fərzəli oğlu, Məşədi Əli, Teyyub Dəmirov, xalq musiqi ifaçıları Nadir Axundov, Ağasəf Seyidov, Firuzə Zeynalova qoruyub saxlayıb inkişaf etdiriblər.

Xanəndələr İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Zahid Quliyev, tarzənlər Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Firuz Əliyev, Sərvər İbrahimov, kamançaçılar Habil Əliyev, Mirnazim Əsədullayev, Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov kimi ifaçılar pedaqoqlar da Azərbaycan muğam ifaçılığı mədəniyyətinə böyük töhfələr verən sənətkarlardandır.

Tarixin müxtəlif dönəmlərində  muğamla bağlı bir çox əsas faktlar var: 1902-ci ildə Azərbaycan muğam musiqisindən ibarət ilk səsyazma valı buraxılıb.1971-ci ildə UNESCO 50 albomdan ibarət olanDünya ənənəvi musiqisinin antologiyasıkolleksiyasınaŞərqin musiqi antologiyasıseriyasında çıxanAzərbaycan musiqisiplastinkasını daxil edib. 1975-ci ildə  Azərbaycan muğamları UNESCO xətti iləMusiqi mənbələriseriyası üzrə yayılıb. 1979-cu ildə Azərbaycan muğamı Andrey  Tarkovskinin bütün dünya ekranlarını dolaşanStalkerfilmində səsləndirilib. 1999-cu ildə Azərbaycanın dahi muğam ifaçısı Alim Qasımov UNESCO Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanıb. 2006- ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi Muğam Televiziya Müsabiqəsinə start verilib, iki il sonra yenə adıçəkilən fondun təşəbbüsü ilə Azərbaycan muğamlarına həsr olunmuşMuğam ensiklopediyasıkitabı nəşr edilib. 2009-cu ildə Heydər Əliyev Fondu Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə hər iki ildən bir keçirilənMuğam aləmiBeynəlxalq Festivalı, festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi təşkil olunub. 2009-cu ildə UNESCO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilərək istifadəyə verilib.

2008-ci ildə UNESCO Azərbaycan muğamınıbəşəriyyətin şifahi mənəvi irsinin şedevrlərisiyahısına daxil edib bununla da muğamın bədii təkrarolunmazlığını dünya mədəniyyəti üçün dəyərini təsdiqləyib.

Heydər Əliyev Fondunun muğamla bağlı müntəzəm həyata keçirdiyi layihələr bu sənətin son dövrlərdə dünyada daha da məşhurlaşmasına səbəb olub. Bu yöndə fəal təbliğatın nəticəsi olaraq, 2003- ildə UNESCO milli musiqimizin təməl daşınımuğamatıBəşəriyyətin qeyri-maddi irsinin şah əsərlərindən birielan edib. Muğama verilən böyük dəyər, sözsüz ki, musiqinin bu sahəsində çalışan sənətkarlara ruh yüksəkliyi verir, onlar dünyanın aparıcı konsert salonlarında muğam sənətinin nümunələrini böyük şövqlə səsləndirirlər.

Azərbaycanda dünyada muğam sənəti indi özünün yeni yüksəliş dövrünü yaşayır, xüsusən Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə keçirilən beynəlxalq müsabiqələr bu sənətin inkişafına güclü təkan verir.


S
.ABDULLAYEVA

 





21.07.2014    çap et  çap et