525.Az

Mərdliyin profilləri - C. F. Kennedi


 

İngiliscədən Telman Orucov tərcümə edib

Mərdliyin profilləri - <b style="color:red">C. F. Kennedi</b>

(Əvvəli ötən şənbə sayımızda)

Senator
Taft öz tənqidçilərinin acgözlüyündən qəmgin olurdu onu xüsusi olaraq narahat edən o idi ki, bəraətlənmiş natsist liderlərindən biri Frants fon Papen özünün dustaqxanadan buraxılması barədə müsahibə götürənlərə demişdi ki, Taftın çıxışından razıdır. Taftın sözçüsü məsələni bir ifadəli bəyanatla yekunlaşdırdı: “O, məsələ barədə öz düşüncələrini bəyan etmişdir hiss edir ki, əgər başqaları onu tənqid etmək istəyirlərsə, qoy onlar bunu davam etdirsinlər”. Lakin Ohayo Senatoru başa düşə bilmirdi ki, niyə onun köhnə tərəfdarı, qəzetin köşə yazarı Deyvid Lourens onun mövqeyinintexniki sözoyunundan başqa bir şey olmadığını bildirmişdi. həmin vaxt o, xüsusən daha çox məyus olmalı idi ki, Konstitusiya mövzusu üzrə hörmətli müəlliflər, Amerikan Vəkillər Assosiasiyasının prezidenti, onun İcra Komitəsinin sədri qanun sənətinin digər aparıcı üzvlərinin hamısı onun bəyanatına görə peşimançılıq ifadə edirdilər, mühakimələri beynəlxalq qanuna müvafiq olan bir tədbir kimi müdafiə edirdilər.

 

Çünki Robert Taft çıxışında natsist qatilləri müdafiə etməkistəmişdi (Həmkarlar İttifaqının lideri onu buna görə ittiham etmişdi), izolyatsionizmi (əksər müşahidəçilərin nəzərdə tutduğu kimi) müdafiə etməmişdi, o, yalnız qanun ədalət barədə sərt konstitusionalizm apostolu kimi ənənəvi Amerikan konsepsiyasının həyata keçirilməsinin qiymətləndirilməsini müdafiə etmişdi; həyatın hökumətin konservativ kursunun baş müdafiəçi vəkili kimi Robert Alfonso Taft öz partiyasının ehtiyatlı mövqeyinə ya özünün Prezident olmaq perspektivinə xətər toxunması imkanından da qoruna bilməmişdi. Ona belə gəlirdi ki, ədalət risk zərbəsi altına qoyulmuşdur bütün digər əsaslanmalar bayağıdır. Köşə yazarı həmin vaxt müşahidə etmişdi ki, “bu, nəhayət, Senator Taftın qatı inadkarlığını, vicdanlılığını siyasi cəhətdən güclü başa malik olduğunu göstərdi”.

 

Bu bir fakt idi ki, onunla minlərlə adam razılaşmırdı bu, digər Respublikaçıları da siyasi cəhətdən utandırmışdı, yəqin ki, ümumiyyətlə Taftın özünün zəhləsini tökməmişdi. O, illər ərzində özünə ya həm başqa birinə ziyan toxundura biləcəyinə məhəl qoymadan qərar verməyə adət etmişdi. Taft yəqin ki, bilməli idi ki, onun qeydləri fırlanmağa məhkumdur dəyişdiriləcəkdir. Onun həmin vaxtkı çıxışı cari kampaniyada şeytanı ayağa qaldıracaqdır. Lakin bu, onun üçün xarakterik hal idi o, istənilən qaydada irəli atılmışdı”.

 

Onun çıxışı ilə qalxan tufan tam qüvvədən düşdü. Bu hamının car çəkməsindən, 1946- ildəki onun cəhdlərinə təsir göstərmək üçün olan amillərin meydana çıxmasından sonra baş vermədi, ən azı açıq şəkildəTaftın 1948-ci ildəki Prezidentliyə namizədliyə başlaması məsələsi deyildi. Natsist liderləri dar ağacından asıldı, Taft ölkə digər məsələlərlə məşğul olmağa başladı. Lakin biz bu gün onunla razılaşmırıq ki, məsələ Taftın Nyurnberq məhkəmələrini məhkum etməkdə düz ya səhv olması ilə əlaqədardır. Qeyd edilməyə layiq olan odur ki, Taftın tərəddüd etmədən etdiyi bu mərd çıxış onun ictimai rəy axınına qarşı durmasını illyustrasiyalarla bəzəyirdi, çünki o, özünün əsaslandığı səbəbin doğru olduğuna inanırdı. Onun hərəkəti, irticaçı yarlığı iləmükafatlanmışadam üçün xarakterik idi, o, konservativ olması ilə fəxr edirdi o, liberalizmin azadlığın belə davam edən qaydada müəyyən olunmasına müəlliflik etmişdi:

 

Liberalizm xüsusən fikir azadlığını, ortodoks ehkamdan azadlığı, başqalarının kimdənsə fərqli düşünməsi hüququnu təmin edir. O, yeni ideyalara açıq olan düşüncələrə diqqət verməyə hazır olan azad ağılı təmin edir...

 

Mən azadlıq dedikdə, öz düşüncəsi ilə fərdi qaydada fikirləşmək arzu etdiyi düşüncə həyat kimi öz ömrünü yaşamağın azadlığını başa düşürəm”.

 

Bu, Senator Taftın naminə yaşadığı kredo idi o, öz dəbində öz yolu ilə Amerikada atmosferi təmin etmək yolunu axtarırdı, bu atmosferdə digərləri buna bənzər hərəkətləri edəcəkdilər.

 

    

 

X

 

Siyasi mərdliyin digər adamları

 

“...bəşəriyyətin nifrəti üçün...

 

təsəlli...”

 

         

 

Bu, siyasi cəhətdən mərd Senatorların heç rəsmisiyahısıdeyildir mənim belə bir niyyətim deyildir ki, kimisə təklif edim. Əksinə, Senatdakı siyasi mərdliyin ən görkəmli dramatik əhvalatlarının bəzilərini yenidən dilə gətirməklə, cəhd etdim ki, bu keyfiyyətin hər bir Senatorda, hər bir siyasi partiyada, istənilən erada tanınmasının mümkün olduğunu vurğulayım. Çox sayda daha artıq nümunələr, buna bənzər davranışlar, bənzər şəraitlərdəki illyustrasiyalar kimi xatırlana bilər.

 

Digər Senatorlar da bütün karyeraları boyu öz əqidələrini icra etməklə, Con Kvinsi Adams, Tomas Hart Benton, Edmund Ross, Sem Hyuston Corc Norris kimi eyni qaydada öz partiyaları ilə əlaqələrini kəsmişlər. İndianadan olan Respublikaçı Senator Albert Beveridcin dostları 1910-cu ildə onun yenidən seçilmək üçün olan kampaniyasında partiyanın irəli sürdüyü Peyn-Oldric Tarif Aktına qarşı olan ittihamlarını məhdudlaşdırmağı ondan xahiş etdilər. Lakin o, sakit dayanmadı. “Partiya yalnız böyüməklə yaşaya bilər” – o, dedi. “İdeyalara dözümsüzlük (ona) ölüm (gətirir)”.

 

Yalnız ona verilən səslərə görə törəyib artmalı olan təşkilat, atasının yerini tutan oğul kimi, siyasi partiya deyildir, ancaq çinlilərin tonqudur; heç bir vətəndaş düşüncəsinə vicdanına görə bir yerə yığışmır, Hindu tayfası qana xurafatına görə öz üzvlərinin bir yerdə olmasını saxlayır”.

 

Öz partiyasının nüfuzlu seqmentinin müxalifəti onun məğlubiyyətinə nail olanda ümidləri puç oldu ruhdan düşmüşdü, seçkilərin səhərisi günü ancaq bir şərh verdi: “Bütün bunlar düz idi, on iki ilin çətin işi təmiz reputasiya; mən razıyam”.

 

Öz partiyası ilə mərdcəsinə əlaqəsini kəsənlərin çoxu tezliklə yeni evlərini başqa təşkilatda tapdı. Öz sektsiyası ilə Senatorlar Benton Hyuston kimi əlaqəsini kəsənlərə isə agah oldu ki, onların siyasi karyerasının sonu bir daha həmişəlik daha pis olana oxşayır. 1924- ilin ərəfəsində Demokratik Qurultayda Alabamadan olan Senator Oskar U.Andervudun məsləhətçiləri, o, keçmiş Prezidentliyə namizəd (1912-ci ildə), hər iki palatadaNümayəndələr Palatasında Senatda Demokratik fraksiyanın keçmiş lideri, onun adını daşıyan məşhur Tarif Billinin müəllifi, yəqin ki, Prezidentliyə imkan məsələsində aparıcı şəxs idi, belə israr edirdilər ki, o, Ku Kluks Klanı təhqir etmək üçün heç deməsinbu təşkilat isə xüsusən Cənubluların siyasətində qalxan bir qüvvə idi (Ku Kluks Klan 1865-ci ildə ABŞ-da ağların yaratdığı gizli irqçi təşkilat olmaqla, zənci hərəkatına proqressiv təşkilatlara qarşı qəddarcasına mübarizə aparırdıtərcüməçi). Lakin Senator Andervud özünün inandığı Cefferson demokratiyasının bütün prinsiplərinə əks kimi bir klanın mövcud olmasına əmin olduğundan, bunu tam dəqiq ifadələrdə təkzib etdi, təkid etdi ki, bu, elə birinci dərəcəli məsələdir ki, partiya onun üstündə möhkəm dayanmalıdır cəsarətlə mübarizə aparmalıdır, lakin anti-klan münasibətini partiya platformasına daxil etməkdə uğur qazanmadı. Luiziana nümayəndə heyəti digər Cənublular ictimai qaydada ondan üz döndərdilər həmin andan onun Prezidentlik şansı sıfıra bərabər oldu. O, hətta Frank Kentin yazdığı kimi, Senata da yenidən seçilə bilmədi.

 

Çünki onun siyasi kəlamlarının səmimiyyətindən vicdanlılığından başqa heç bir səbəb yox idi... Alabamada ona müxalifət, onun məsləklərinin gücü açıqlığına görə elə səviyyəyə qalxdı ki, oradan onun yenidən namizəd göstərilməsi, açıq şəkildə özünün aparmağa hazır olmadığı bir mübarizəsiz heç mümkün deyildi... Senator Andervud Alabamada sağlam siyasi qaydaya müvafiq olaraq oyun oynasaydı, bunu etmədən belə nəsə demək kimi görünsəydi, bu vaxt öz həyatını tarazlaşdırmaq üçün Senatda onun qalmasına heç bir müxalifət olmayacaqdı”.

 

Vətəndaş müharibəsindən əvvəlki narahat günlərdə sektsiya təzyiqlərinin əksinə böyük igidlikhətta Uebsterə, Bentona Hyustona məxsus olandan yəqin ki, böyük olan bir igidlik Tennessidən olan Senator Endryu Conson tərəfindən nümayiş etdirildi. Bu cəsarətli, həm taktiki qaydada hərəkət etməyən döyüşçü, 1868-ci ildə Evdən alçaldıcı qaydada çıxarılmaqdan bədbəxt Edmund Rossun bir səsi ilə xilas olmuşdu. 1860- ildə Birlik dağılmağa başlayanda Benton Hyuston Senat zalından artıq getmişdilər yalnız Endryu Conson Cənublular arasında yeganə adam idi ki, Birliyin xeyrinə danışırdı. O, Tennessidəki evinə döndü ki, öz doğma ştatının Birlikdə qalması uğrunda mübarizə aparsın, onun səfər etdiyi qatarı Virciniyadakı Linçburqda saxladılar, qəzəblənmiş kütlə Senatoru vaqondan dartıb aşağı saldı, ona hücum etdilər, söyüş yazdırmağa başladılar, yalnız son dəqiqədə onu linç etməməyi qərara aldılar, kəndir isə artıq onun boynuna keçirilmişdi. Bu vaxt onlar razılaşdılar ki, Tennessinin qonşuluğunda onu dar ağacından asmaq daha yaxşı olacaqdır. Bütün Tennessidə Conson fitə basılırdı, qışqırıqlarla müşayiət olunurdu portreti dar ağacından asılırdı. Konfederat liderləri əmin idilər ki, “onun hakimiyyəti getmişdir bu vaxtdan etibarən ondan bir satqın üfunətindən başqa heç qalmayacaqdır”. Ölüm təhlükəsini yaddan çıxaran Endryu Conson ştata səfər edərək, əbəs yerə cəhd edirdi ki, ayrılma dalğasını dayandırsın nəticədə yeganə Cənublu Senator oldu ki, öz ştatı ilə birgə qaydada Birlikdən ayrılmaqdan imtina etdi. O, səfərdən Vaşinqtona qayıdanda sevinən camaat tərəfindən Tsintsinnati vağzalında salamlandı, onlara iftixarla dedi ki, “mən Cənubun Tennessi ştatının vətəndaşıyam. (Lakin) mən həm Birləşmiş Ştatların vətəndaşıyam”.

 

Con Kvinsi Adams yeganə Senator deyildi ki, prinsip məsələsinə görə mərdliklə öz yerindən istefa versin. Endryu Ceksonun şəxsi siyasi populyarlığı artanda səlahiyyətsiz qaydada Birləşmiş Ştatlar Bankına qarşı onun hərəkətlərinə görə  Ceksonu pisləyən qətnaməniSenate Journal”-dan çıxarmaq üçün Senator Bentonun uzun müddət gözlənilən tədbirinə dəstək daha da artdı. Virciniyadan olan Senator Con TaylerJournal”-ın təhrif edilməsinin qeyri-konstitusional Senata layiq olmayan kimi bir olduğuna inandığından, əks müstəvidə dayanmışdı. Lakin Ceksonun dostlarının Taylerin düşmənlərinin ağalıq etdiyi Virciniya Qanunvericiliyi həm belə bir hissin təsiri altında idi ki, Prezidentə, öz daimi ləkəsinə baxmayaraq, istirahətə getməyə icazə veriləcəkdir, öz Senatorları isə qətnaməni çıxarmaq barədə təlimatlandırılmışdı.

 

Senatdan getməsi reallaşdıqda, daha fundamental məsələlərdə bu, Ceksonçulara daha böyük qüvvət verəcəkdi, onun siyasi karyerası, axı ona artıq Vitse-Prezidentliyə namizəd göstəriləcəyi vəd edilmişdi, müvəqqəti olaraq dayandırılacaqdı. Con Tayler mərdliklə öz vicdanına qulaq asdı Qanunvericiliyə ünvanlanan bu unudulmaz sözləri yazdı:

 

     Mən özümə icazə verə bilmərəm icazə verməyəcəm ki, Virciniya xalqının orqanları tərəfindən akkreditə olunmuş vaxtdan sonra bir an da olsun Senatda qalım, əgər təlimat alsam ki, mənim xidmətim artıq qəbul edilən deyil... (Lakin) mən SenatınJournal”-ına toxunmağa cəsarət etmirəm. Konstitusiya bunu qadağan edir. Partiyanın bütün təşviqatçıları arasında mən indiyə qədər həqiqi müqəddəs alətin tərəfində dayanmışdım. Bu günün adamı öz yerini sabahın adamına verir sitayiş edilən bütlər sonralar dağılır. Mənim siyasi sitayişimin yeganə obyekti ölkənin Konstitusiyası olacaqdır.

 

Mən ictimai həyata gətirdiyim prinsipləri istirahətə yollanana qədər daşıyacağam bu yüksək yeri təslim etməklə, öz uşaqlarıma nümunə göstərəcəyəm, bununla onları öyrədəcəyəm ki, şərəfi qurban vermək hesabına əldə edilən ya qorunub saxlanılan istənilən vəzifəni heç kimi qiymətləndirsinlər”.

 

(Ardı var)
 





21.07.2014    çap et  çap et