525.Az

Fransada hamilə qadın və iki körpəsinin başını kəsdilər


 

Fransada hamilə qadın və iki körpəsinin başını kəsdilər<b style="color:red"></b> Fransanın paytaxtında dəhşətli hadisə baş verib.

Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Paris yaxınlığında yerləşən Perreux-sur-Marne qəsəbəsində macar əsilli ana ilə 1 və 5 yaşlı uşaqları qətlə yetirilib. Onların meyitləri yaşadıqları evdə boğazları kəsilmiş halda aşkarlanıb.
 
Ana və uşaqlarından bir müddətdir xəbər ala bilməyən qohumları mənzilin qapısını sındıraraq içəri daxil olublar və dəhşətli mənzərənin şahidi olublar. Daha sonra onlar qətllə bağlı polisə xəbər veriblər.
 
Boğazı kəsilərək öldürülən qadın yeddi aylıq hamilə imiş.
 
Hadisədə şübhəli bilinən qadının əri (Modova əsilli) axtarışa verilib.
 





21.07.2014    çap et  çap et