525.Az

MHP millət vəkillərinin Qəzzaya getməsi təklifinə müsbət yanaşır


 

MHP millət vəkillərinin Qəzzaya getməsi təklifinə müsbət yanaşır<b style="color:red"></b>

 “Türkiyə Böyük Millət Məclisi üzvlərinin Qəzzaya getməsi orada yaşanan faciələrin dünayaya çatdırılması üçün çox mühüm addım olar”.

 Bu sözləri APA-ya açıqlamasında türk cümhuriyyətləri ilə münasibətlərə cavabdeh keç,miş dövlət naziri, TBMM İnsan hüquqları komissiyasının üzvü, Milliyyətçi Hərəkat Partiyasının Tokat millət vəkili Rəşad Doğru deyib.
 
APA-nın “TBMM İnsan hüquqları komissiyasının AKP, CHP, MHP və HDP-dən olan üzvlərinin Qəzzaya getməsi üçün CHP-nin Xarici İşlər Nazirliyinə müraciəti var. Bu barədə partiyanızın mövqeyi necədir” sualına Rəşad Doğru belə cavab verib: “İsrailin Qəzzada həyata keçirdiyi qırğına etiraz edir və partiyamız adından bunu şiddətli şəkildə qınayırıq. Orada müxtəlif bəhanələrlə günahsız insanların, uşaqların və yaşlıların öldürülməsinə dünya müşahidəçi qalmaqdadır, bunu qəbul etmək mümkün deyil. Təəssüf ki, qətliamlar təkcə Qəzzada yox, İraqdakı türkmən qardaşlarımızın yaşadığı bölgələrdə və türk-islam dünyasının başqa bölgələrində də həyata keçirilməkdə və istər beynəlxalq təşkilatlar, istərsə də Qərb ölkələri bunlara qarşı göz yummaqdadır. TBMM İnsan hüquqları komissiyası üzvlərinin Qəzzaya getməsiylə bağlı Cümhuriyyət Xalq Partiyasının Xarici İşlər Nazirliyimizə verdiyi təklifi dəstəkləyir və nazirlikdən xəbər gözləyirik. Qəzzaya gedə bilmək üçün mümkün olan qanuni vasitələrin hamısından istifadə etməliyik. Orada yaşanan hadisələri yerində görüb dünyaya obyektiv şəkildə çatdırmaq üçün TBMM İnsan haqları komissiyasının müxtəlif partiyalardan olan üzvlərinin Qəzzaya, daha sonra türkmən ellərinə getməsinin vacibliyinə inanıram”.
 
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Vəli Ağbaba Türkiyə XİN-ə müraciət edərək TBMM İnsan haqları komissiyasının müxtəlif partiyalardan olan üzvlərinin Qəzzaya getməsi üçün lazımi icazənin alınmasını tələb edib. CHP-dən 10 millət vəkili Qəzzaya getmək üçün siyahıya yazılıb. XİN hələ ki TBMM-dən gələn bu təklifə cavab verməyib.

 





21.07.2014    çap et  çap et