525.Az

Karles Puyol: "Dizlərim "bəsdir" dedi"


 

Karles Puyol: "Dizlərim "bəsdir" dedi"<b style="color:red"></b>

"Barselona" klubunun sabiq kapitanı Karles Puyol karyerasını başa vurmasının səbəbini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan Puyol dizlərindəki ağrının ona futbol oynamaq imkanı vermədiyini bildirib:

"Son iki ildə əlimdən gələn hər şeyi etdim. Əməliyyat, müalicə. Ancaq dizlərim "bəsdir" dedi. Karyeramı bitirmək ən yaxşı variant idi. Bədən üzvlərinin səni eşitməməsi çox utancvericidir. Nəsə etmək istəyirsən, ancaq bacarmırsan. Hazırda müntəzəm olaraq müalicə kursu alıram və normal həyat tərzi yaşamağa çalışıram".

Qeyd edək ki, 1999-cu ildən "Barselona"nın şərəfini qoruyan Puyol ötən mövsümün sonunda karyerasını başa vurub.

 





21.07.2014    çap et  çap et